Fətullah Gülən öldü – Ağlını itirmişdi + FOTO

 

Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülən ölüb.

 Türkiyə mediası xəbər verir ki, Gülənin aparıldığı xəstəxanada onun öldüyü bildirilib.

Gülənə yaxın olan “Herkül” saytı  sosial media hesabından yaydığı açıqlamada bildirib ki, dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq.

Bundan başqa, Fətullah Gülənin bacısı oğlu Ebuseleme Gülən də sosial media hesabında paylaşdığı paylaşımla onun ölüm xəbərini təsdiqləyib.

Xəbəri Fətullah Gülənə yaxın şəxslər də sosial media hesablarında paylaşıblar.

Qeyd edək ki, bir müddət əvvəl Fətullah Gülənlə bağlı paylaşım sosial mediada trend olmuşdu. Görüntülərə əsasən Fətullah Gülənin ağlını itirdiyi bildirilirdi.

fyjgk-qfku.jpg (110 KB)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password