Vəziyyət dəyişir: Türkiyə Qafqaza girir, Rusiya isə… – Rus ekspert

 

Təhlükəsizlik məsələlərinə gəlincə, vəziyyət dəyişir. Türkiyə Cənubi Qafqazda daha çox əhəmiyyət kəsb edir və görünür, təkcə Bakı deyil, İrəvan da bununla razılaşır.

Bu sözləri rusiyalı politoloq Andrey Areşev erməni mediasına müsahibəsində deyib.

“Eyni zamanda, Rusiya yeni yaranan şərtlər çərçivəsində hərəkət edəcək. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun daha da azaldılması ilə bağlı addımlarını istisna etmək olmaz. Əgər Ermənistan-Türkiyə münasibətləri normallaşarsa, Gümrüdə Rusiya bazasının olmasının mənası qalmayacaq”, -ekspert əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda mövcudluğu iqtisadi əsaslara keçir – Qərbin sanksiyaları altında Rusiyanın xarici ticarətdə üzləşdiyi problemlərə vurğu edilməklə yenidən formatlaşdırılır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password