İcazə verildi – Rusiya F-16-larla vurulacaq

 

Ukrayna Rusiya ərazisindəki hərbi obyektlərə hücum etmək üçün F-16 qırıcılarından istifadə edə bilər.

Bunu Niderland müdafiə naziri Ruben Brekelmans deyib.

Müdafiə naziri xatırladıb ki, F-16 qırıcılarının ilk partiyası artıq Ukraynaya çatdırılıb.

O qeyd edib ki, Rusiya ərazisindəki hərbi obyektlərə hücum üçün texnikadan istifadə beynəlxalq hüquqa zidd deyil.

“Həmişə bildirmişik ki, Ukrayna beynəlxalq hüquqa əməl etməlidir. Beynəlxalq hüquqda isə heç bir məsafə məhdudiyyəti yoxdur. Beynəlxalq hüquq sərhəd və ya sərhəddən 100 km məsafədə dayanmır. Buna görə də Ukraynaya özünümüdafiə üçün F-16-dan istifadə etmək icazəsi veririk”, – Brekelmans vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password