“İsrail başqa, Ukrayna başqa” – ABŞ Ukraynaya ögey münasibətini etiraf edir

 

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayan gündən bəri rəsmi Kiyev ölkənin hava hücumundan müdafiəsinin təşkili üçün gecə-gündüz ABŞ başda olmaqla Qərbə yalvarsa da, indiyədək bu müdafiə lazımi səviyyədə təmin olunmayıb. Bu isə hər gün Ukrayna üçün böyük dağıntılar və xeyli günahsız insan itkiləri hesabına başa gəlir…

Xarici KİV-lər xəbər verir ki, Pentaqonun sözçüsü Sabrina Sinqxin dediyinə görə, ABŞ İsraildən fərqli olaraq, Ukrayna yaxınlığında THAAD HHM sistemini yerləşdirməyəcək. Bu sistem Ukraynanın qərbindəki NATO ölkələrində yerləşdirilə və Rusiyanın raket və PUA-larını vurmaq üçün istifadə oluna bilərdi. Necə ki, hazırda İsraildə ondan istifadə olunur.

Onun sözlərinə görə, bunun səbəbi odur ki, “Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki müharibə fərqlidir”.

Sinqx vurğulayıb ki, ABŞ hökuməti İsrail və Ukraynanın müdafiə ehtiyaclarını ödəməkdə davam edir. Eyni zamanda, Pentaqonun sözçüsü nə üçün ABŞ-nin İranın ballistik raketlərindən qorunmaq üçün İsraildə THAAD sistemi yerləşdirdiyi, lakin Ukraynanın qərbini Rusiyanın raket hücumlarından qorumaq üçün NATO ölkələrində bunu etmədiyi sualına dəqiq cavab verməkdən yayınaraq, bunların “iki fərqli vəziyyət” olduğunu söyləyib: “Bunlar fərqli müharibələrdir, fərqli bölgələrdir və (ABŞ-nin) İsrail və Ukrayna qarşısında öhdəlikləri fərqlidir”.

Qeyd edək ki, THAAD (Terminal High Altitude Area Defence, əvvəllər Theater High Altitude Area Defense) orta mənzilli ballistik raketlərin yüksək hündürlükdə tutulması üçün mobil raket əleyhinə sistemdir. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password