Bakıda ticarət mərkəzinin qanunsuz artırılması davam edir

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan monitorinqlər nəticəsində Bakı şəhəri Nəsimi rayonu, Hüseynbal Əliyev küçəsində (Memar Əcəmi m. yanı) Əcəmi Mall ticarət mərkəzinin binasında yerləşən obyektdə razılaşdırılmamış artırma işləri faktı aşkar edilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Caliber.Az-a bununla bağlı verilən məlumata görə, tikintinin dayandırılması istiqamətində tədbirlər görülüb, məsələnin mövcud qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün aidiyyəti orqanlara məlumat verilib.

Eyni zamanda, bu gün yerli sakinlərin bizə verdiyi məlumata görə, obyektin qanunsuz genişləndirilməsi işləri davam etdirilir.

 

Dəyərli oxucularımıza binanın qeyri-qanuni artırmaya başlamazdan əvvəl necə göründüyünü müqayisə etmək üçün video- fotonu təqdim edirik.

 

Göründüyü kimi tikintini aparanlar nümayişkaranə şəkildə Arxitektura Komitəsinin qərarını heçə sayaraq işlərini davam etdirir və binaya əlavə dam artırıblar.

Hadisələrin davamını izləyəcəyik./Caliber.Az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password