Azərbaycanda qaz hasilatı neft hasilatını ötəcək – Rystad Energy

 

Bir sıra iri layihələrin həyata keçirilməsi sayəsində Azərbaycanda qaz hasilatı tezliklə neft hasilatını ötəcək.

Bu barədə “Rystad Energy” (Norveç) müstəqil araşdırma şirkəti bildirib.

Şirkətin analitiklərinin qeyd ediblər ki, ölkənin qaz sənayesi sürətlə inkişaf edir və onilliyin sonuna qədər qaz hasilatının 2020-ci ilin göstəriciləri ilə müqayisədə 51 faiz – ildə 40 milyard kubmetrə qədər artacağı gözlənilir.

“Azərbaycan qaz hasilatını daha da artırmaq üçün bir neçə əsas qaz və qaz-kondensat yataqlarını işlətməyi planlaşdırır. Bu artım yaxın illərdə qaz hasilatının neft hasilatını üstələməsinə gətirib çıxaracaq. 2018-ci ildə “Şahdəniz” layihəsinin ikinci mərhələsinin işə salınmasından sonra qaz sənayesinə əhəmiyyətli təkan verilib ki, bu da 2017-ci ildən əmtəəlik qaz hasilatını 83 faiz – keçən il təxminən 36 milyard kubmetrə çatdırmağa imkan verdi. Təkcə “Şahdəniz” ümumi qaz hasilatının təxminən 72 faizini təmin edib”, – deyə şirkət qeyd edib.

Müvafiq olaraq, Norveç şirkətinin analitiklərinin dediyi kimi, qaz ixracı da 2018-ci ildəki 9,6 milyard kubmetrdən ötən il təxminən 24 milyard kubmetrə qədər artıb.

“Bu tədarükün təxminən yarısı Avropaya, qalanı Türkiyə və Gürcüstana göndərilib. 2022-ci ilin ikinci yarısında Azərbaycan Avropaya ixracı 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması ilə bağlı niyyətlər haqqında memorandum imzalayıb, eyni zamanda “Şahdəniz” burada əsas rol oynayacaq. Bu əlavə həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırmaq üçün Azərbaycan Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətini iki dəfə artıraraq 20 milyard kubmetrə, Trans Anadolu Boru Kəmərinin (TANAP) ötürmə qabiliyyətini 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırmağı, eləcə də Cənubi Qafqaz Boru Kəmərinin ötürmə qabiliyyətinin 24 milyard kubmetrdən 31 milyard kubmetrə qədər genişləndirilməsini düşünür”, – deyə şirkətdən bildiriblər.

“Rystad Energy” bildirib ki, bu boru kəmərlərinin genişləndirilməsi əhəmiyyətli investisiya tələb edir:

“Azərbaycanın qaz ixracını artırmaq ambisiyaları avropalı alıcılarla uzunmüddətli öhdəliklər və kommersiya sazişləri tələb edəcək. Bu layihələrin həyata keçirilməsi bir sıra amillərdən, o cümlədən iqtisadi şəraitdən, qazın Avropaya nəqlinin alternativ mənbələrindən və marşrutlarından, həmçinin mümkün geosiyasi hadisələrdən asılı olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password