Mesut Özil: “Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirməkdir”

 

Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirməkdir.

Bunu Bakıda səfərdə olan sabiq futbolçu Mesut Özil deyib.

“Bu sahədə də uğur qazana biləcəyimi düşünürəm. Təcrübəmi yeni nəsillə bölüşmək niyyətimdəyəm. Əhalisi az olan ölkələrdən ulduz futbolçular çıxır. Niyə bizdə də olmasın?”, – deyə keçmiş yarımmüfafiəçi vurğulayıb.

O, “Qarabağ” klubuna qarşı keçirdiyi oyunları yada salıb:

“Hər zaman ölkənizə gələndə insanlar məni yaxşı qarşılayıblar. “Qarabağ”a qarşı da oynamışam. Həmin matçı xatırlayıram”.

Almaniya yığmasının Türkiyə əsilli sabiq futbolçusu Məsut Özil “Qarabağ” klubunun düşərgəsinə olub.

Ağdam təmsilçisinin dəvəti ilə ölkəmizə təşrif buyuran dünya çempionu “Azersun Arena”da keçirilən açıq məşqini izləyib.

Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada “Şalke 04”, “Verder”, İspaniyada “Real”, İngiltərədə “Arsenal”, Türkiyədə “Fənərbağça” və “Başakşehir” kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password