Maskın dəstəyi bütün anketləri alt-üst etdi – Tramp prezidentlik yarışında Harrisin önünə keçdi

 

Bu günlərdə ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maskla birlikdə Pensilvaniya ştatının Butler dairəsində birgə mitinq keçiriblər. Səhnəyə çıxan İlon Mask noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı dəstəkləməklə bağlı çağırışlar edib.

Bözügedən mitinqin ardından ABŞ-nin “Polimarket” proqnoz platforması ABŞ-nin keçmiş prezidenti Donald Trampın qarşıdan gələn seçkilərdə qalib gəlmə ehtimalına dair analitik məlumat dərc edib.

Məlumatda Maskla keçirilən mitinqin ardından Trampa dəstəyin artdığı vurğulanıb. Belə ki, Trampın seçkidə qalib olma şansı 50,6%-ə yüksəlib. Əsas rəqibindən 3% geri qalan Kamala Harrisin qalib olma şansı isə 48,4% kimi qiymətləndirilib.

Qeyd edək ki, Harris ötən ay da daxil olmaqla, bir neçə ay “Polimarket”-də Trampdan öndə olub. Məsələn, ötən ay Kamala Harrisin qalib olma şansı 49%, Donald Trampın isə 47% şəklində idi.

Qeyd edək ki, “Polimarket” proqnozlorı ABŞ-də keçirilən anketlərdən daha etibarlı bir mənbə kimi qəbul olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password