“Sülh sazişində elə bir maddə var ki, imzalasaq…” – Ermənistandan iddia

 

Ermənistan Konstitusiyasının mətnində Azərbaycana qarşı ərazi iddiası yoxdur.

Bu iddia ilə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan çıxış edib.

Diplomat Ermənistanın Müstəqillik Bəyannaməsində yazılanların (Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası) Konstitusiyaya heç bir aidiyyətinin olmadığını deyib:

“Konstitusiyanın maddələrində yazılmayanlar Konstitusiyaya aid edilə bilməz, orada hansısa ölkəyə qarşı ərazi iddiası kimi şərh edilə bilən heç nə yoxdur”.

Badalyan bununla bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarını da xatırladıb, dolayı yolla isə Müstəqillik Bəyannaməsində yazılanların qonşu ölkələrə qarşı ərazi iddialarını əks etdirdiyini etiraf edib:

 

“Həmçinin Ermənistan Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndi ratifikasiya olunmuş beynəlxalq müqavilələrin Ermənistanın daxili qanunvericiliyindən daha yüksək hüquqi qüvvəyə malik olmasını nəzərdə tutur. Orada bildirilir ki, Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələrlə qanun normaları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normaları tətbiq edilir. “Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırılmış hissəsində tərəflərin bir-birindən ərazi tələblərinin olmadığı və gələcəkdə belə tələblər irəli sürməməyi öhdəsinə götürən maddə var.

Elə bir maddə də var ki, heç bir tərəf sülh müqaviləsinin icrasını pozmaq üçün öz daxili qanunlarına istinad edə bilməz. Başqa sözlə, sülh müqaviləsi imzalandıqda, Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğunluq rəyi alındıqda və Ermənistan parlamenti tərəfindən ratifikasiya edildikdə, bu saziş istənilən daxili qanunlardan daha yüksək hüquqi qüvvəyə malik olacaq. Başqa sözlə, sülh müqaviləsinin bağlanması həm Ermənistan, həm də Azərbaycanın iki ölkənin müxtəlif qanunvericiliyi ilə bağlı hər hansı narahatlığını aradan qaldıracaq”.

Qeyd edək ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı bunun dayanıqlı sülh müqaviləsinə mane olan yeganə faktor olduğunu bəyan edərək, bu hissənin Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edib. Ermənistanın bundan boyun qaçırması sazişin imzalanmasını çətinləşdirir./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password