Paşinyanın gözləntisi alınmadı – “Elə bilirdi ki, Əliyev…”

 

Ermənistan Konstitusiya dəyişikliyinə getmədən sülh müqaviləsinin imzalanması mümkün olmayacaq.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistandan sülhlə bağlı verilən son mesajlara diqqət çəkib:

“Baş nazir Nikol Paşinyan elə bilirdi ki, Prezident İlham Əliyev necə olur-olsun, İrəvanla sülh sazişinin noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinə qədər imzalanmasında maraqlıdır. Yəni Paşinyan elə zənn edirdi ki, Əliyev bu səbəbdən istənilən, hətta yarımçıq sazişə də imza atacaq. Ancaq İlham Əliyev Ermənistanla yarımçıq sazişi nəinki noyabra, hətta ilin sonuna qədər imzalanmasına maraq göstərmədi və bu mövzunu COP29 tədbirindən ayrı tutdu. Paşinyan yanıldığını anladı.

İndi Ermənistan baş naziri Bakı ilə mətni tam hazır olmayan sazişi noyabra qədər imzalamaq üçün tələsir, bunun iki ölkə arasında barışıq üçün şans olduğunu düşünür. Bu baxımdan, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın “Bakıda keçiriləcək COP29 qədər Azərbaycanı sülh müqaviləsini imzalamağa dəvət edirik” ifadəsi Paşinyanın diktəsi ilə yazılıb.

COP29 tədbirinə az qalıb. Paşinyan sazişin həmin vaxta qədər imzalanmasında və özünün də Bakıya gəlib həmin tədbirdə iştirakında bu qədər maraqlıdırsa, Konstitusiya dəyişikliyinə getməlidir. Bunsuz sülh sazişinin imzalanması mümkün olmayacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password