Bir ildə 40 mindən artıq insanı öldürdülər… – İsrailin Qəzzada törətdiyi qətliamlar

 

Bu gün HƏMAS-İsrail savaşının başlamasından bir il ötür. İsrail 7 oktyabr tarixində başlayan və bir ildir davam edən bu qanlı savaşda törətdiyi soyqırımlarla on minlərlə günahsız insanın həyatına son qoyub. İsrailin bu qırğınları qadın və uşaqlar da daxil olmaqla minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. İsrail ordusunun özünün dağıdıcı hərbi gücündən istifadə edərək, ABŞ-nin də dəstəyi ilə həyata keçirdiyi bu hücumlar Qəzza zolağında infrastrukturun geniş şəkildə dağılmasına və bütün yaşayış məntəqələrinin yaşayış üçün yararsız torpaqlara çevrilməsi ilə nəticələnib.

Son açıqlanan məlumata görə, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində 17 mini uşaq və 11 min 378 qadın olmaqla 41 min 825 fələstinli ölüb96 min 844 nəfər yaralanıb. İsrail bir il ərzində Qəzza zolağında fələstinli ailələrə və köçkünlərə qarşı çoxsaylı yaddaqalan soyqırımlar törədib.

İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi qətliamları təqdim edirik:

Əl-Məvasi qətliamı

İsrail ordusu sentyabrın 10-da Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsinə böyük hücuma keçib. Hücumda 40 fələstinli həyatını itirib, 60 fələstinli isə yaralanıb.

Təbiin məktəbi qətliamı

İsrail döyüş təyyarələri avqustun 10-da böyük qətliam törədib. Hücum nəticəsində azı 100 nəfər ölüb, onlarla insan yaralanıb.

Əl-Məvasi qətliamı

İyulun 13-də “təhlükəsiz zona” elan edilən Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsinə dəhşətli hücum baş verib. Hücum nəticəsində azı 90 nəfər ölüb, 300 nəfər yaralanıb

Nusrayrat düşərgəsi qətliamı

İyunun 8-də İsrail ordusunun Deyr əl-Bələh şəhərindəki Nusrayrat düşərgəsində həyata keçirdiyi qırğında İsrail əsgərləri fələstinlilər kimi geyinərək 2 mülki avtomobil idarə edib. Qanlı qırğında 274 fələstinli həyatını itirib, 498 fələstinli isə yaralanıb.

Rəfah qətliamı

Mayın 26-da İsrail ordusunun Qəzza zolağının Rəfah şəhərində məcburi köçkün fələstinlilərin çadırlarına hücumu nəticəsində 45 fələstinli həyatını itirib.

Şəfa xəstəxanası qətliamı

İsrail qüvvələri 2024-cü il martın 8-dən aprelin 1-dək Qəzza şəhərindəki Şifa xəstəxanasında 400 fələstinlini öldürüb.

Nablusi qətliamı

29 fevral 2024-cü ildə İsrail ordusu Qəzza şəhərinin cənubundakı Nablusi qovşağına atəş açaraq fələstinliləri hədəfə aldı. Qırğında 118 nəfər ölüb, 760 nəfər yaralanıb.

Əl-Fahuru məktəbi qətliamı

İsrail ordusu 2023-cü il noyabrın 18-də Qəzza zolağının şimalındakı Əl-Fahura məktəbini bombalayıb. İsrailin hücumu nəticəsində 200-dən çox adam həlak olub.

Cibaliya qətliamı

İsrail döyüş təyyarələri 31 oktyabr 2023-cü ildə Qəzza zolağının şimalındakı Cibaliya düşərgəsini hədəfə alaraq, əksəriyyəti uşaq və qadınlar olmaqla 1000 fələstinlini öldürüb.

Müqəddəs Porfir kilsəsi qətliamı

Oktyabrın 17-də İsrailin bombaladığı Müqəddəs Porfir kilsəsində 18-i xristian qəzzalı olmaqla 20 nəfər həyatını itirib.

Əl-əhli qətliamı

İsrail döyüş təyyarələri 2023-cü il oktyabrın 17-də Qəzza zolağında Əl-Əhli Baptist Xəstəxanasının həyətini bombalayıb, 500-dən çox fələstinli həlak olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password