“İran bizə seçim qoymadı, cavabımız sərt olacaq” – Amidror

 

İsrail İranın kütləvi ballistik raket zərbəsinə aprel ayında analoji zərbədən daha sərt cavab verməlidir.

Bunu İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Yakov Amidror deyib.

Aprel ayında İsrail 120 ballistik raket, 170 PUA və onlarla qanadlı raketə cavab olaraq İranın Natanz nüvə obyektinin müdafiəsinə cəlb olunmuş Rusiya istehsalı S-300 zenit-raket sistemini məhv etsə də, müəssisənin özünü vurmamışdı.

Amidror hesab edir ki, İsrailin budəfəki zərbəsi daha sərt olmalıdır: “Bizə seçim qoymadılar. Özlərini elə aparırlar ki, sanki nə istəsələr, edə bilərlər”.

Şuranın keçmiş rəhbəri əlavə edib ki, atılacaq addımlar İranı dayandırmalıdır:

“Yerusəlim aprel ayındakından çox iş görməlidir. Bu, o zaman düzgün seçim idi, amma onları dayandırmadı, buna görə də indi daha ciddi olmalıdır”.

Bununla belə, Amidror İsrailin tələsməməli olduğunu söyləyib.

Onun sözlərinə görə, İsrail “Hizbullah” terror təşkilatını sıradan çıxarsa, İran daha da zəifləyəcək.

“Hizbullah” nə qədər zəifdirsə, İran da bir o qədər zəifdir”, – Amidror vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password