“Ərdoğanın son şərti bu oldu, Zəngəzuru alacaqlar” – Erməni politoloq

 

Türkiyə 2028-ci ilədək Zəngəzur dəhlizinin açılmasına nail olmağı hədəfləyir.

Bunu erməni politoloq Ruben Safrastyan deyib.

Onun fikrincə, bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ-da keçirilən görüşdə müzakirə edilib:

“Təsadüfi deyil ki, Paşinyan (dəhlizlə bağlı) “Sülh qovşağı” layihəsindən danışdı. Yəqin Ərdoğan bu məsələni qaldıranda o da söyləyib ki, baxın, bizim də bu planımız var, bütün yolların açılmasını istəyirik. Fikrimcə, indiki mərhələdə bu məsələ Türkiyə üçün ikinci dərəcəlidir. Çünki Türkiyənin dəmir yolu sisteminin Naxçıvanla (Azərbaycan) birləşməli olduğu hissə tikilməyib. Söhbət 240 kilometrlik xətdən gedir. Türkiyənin nəqliyyat naziri (Abdulkadir Uraloğlu) açıqlamışdı ki, tikinti 2028-ci ildə başa çatdırılmalıdır. Yəni Türkiyənin 2028-ci ilə qədər vaxtı var. Hesab edirəm ki, Türkiyə o vaxta qədər Ermənistana təzyiqlərini davam etdirəcək.

 

Ərdoğan onu da vurğuladı ki, əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa, biz də münasibətləri tənzimləyəcəyik. Mən də düşünürəm ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bundan asılıdır. Azərbaycanla razılaşma bunun üçün ilkin şərtdir. Zəngəzur dəhlizini də, onsuz da alacaqlar”.

Safrastyana görə, Ərdoğan bu görüşlə həm də dünya və ABŞ-a Türkiyənin Cənubi Qafqazda lider mövqedə olduğunu göstərib./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password