Ərdoğan Rusiya ilə əlaqələrdən danışdı

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “NBC News” telekanalına müsahibə verib.

Ölkə başçısı İsrailin Qəzzaya hücumları, Ukraynanın NATO-ya üzvlüyü və Türkiyə-Rusiya əlaqələrindən danışıb.

O, jurnalist Keir Simmonsun HƏMAS barədə sualına belə cavab verib:

“Biz terrorçulara qarşıyıq. HƏMAS-ı yaxşı tanıyan liderlərdən biriyəm. Heç vaxt HƏMAS-ı terror təşkilatı adlandırmamışam. Hazırda da onları terror təşkilatı hesab etmirəm. Çünki HƏMAS özünü qorumağa çalışan müqavimət qrupudur. Buna görə də belə bir müqavimət qrupunu necə terror təşkilatı adlandıra bilərəm?”.

Ərdoğan Türkiyə ilə Rusiya arasında əlaqələrin genişləndiyini də bildirib:

“Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir, siyasi, iqtisadi, mədəni, müdafiə sənayesi ilə bağlıdır. Bir çox sahələr, aspektlər və həmrəyliyimiz var, qarşılıqlı fəaliyyətimiz davam edir və hər gün bu əlaqələr iqtisadi baxımdan genişlənir”.

Müsahibənin Ukrayna ilə bağlı hissəsində Ankaranın Ukraynanın NATO üzvlüyünə münasibəti ilə bağlı sualı cavablandıran Türkiyə lideri bu məsələdə alyansa daxil olan ölkələrin addımlarına baxacaqlarını bildirib.

R.T.Ərdoğan deyib: “Bu mövzularda qərar verərkən təbii ki, digər NATO üzvlərinin də mövqeyini nəzərə alırıq. Amerika və alyansa daxil olan digər ölkələr Ukraynanın NATO-ya üzv olmasını istəmir. Faktları görüb qərarımızı verməliyik. Bu qərarlar həyəcanla verilə bilməz”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password