“Ərdoğan Paşinyana bir daha anladıb ki…” – “Türkiyə birtərəfli addım atmayacaq”

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü müsbət qiymətləndirmək olar”.

Bunu politoloq Elxan Şahinoğlu sözügedən görüçü şərh edərkən bildirib. Ekspert bir neçə məqama diqqət çəkir:“Birincisi, Ərdoğan Paşinyanı ayağına gətirib, görüş BMT binasının yanındakı Türk Evində keçirilib. Ərdoğanın Paşinyana təqdim etdiyi “Daha ədalətli dünya mümkündür” kitabında Türkiyənin regonal maraqları əks olunub. Paşinyan həmin kitabı oxumasa belə, həmin kitabla şəkil çəkdirməsi onun Ərdoğanın mesajını qəbul etməsi anlamına gəlir. İkincisi, Ərdoğan bu görüşdə Paşinyana bir daha anladıb ki, Ermənistan Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin bərpasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalı və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password