Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq

 

Azərbaycan və Ermənistan arasında sülh hər iki ölkə üçün yeni imkanlar yaradacaq.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı “Türk evi”ndə mətbuatın suallarını cavablandırarkən deyib.

“Ümid edirəm ki, biz Azərbaycan və Ermənistan arasındakı məsələləri mərhələli şəkildə həll edərək yola davam edə bilərik. Çünki hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycanın belə bir gözləntisi var və bunun üçün səy göstərir. Biz bunu Ermənistanda da gördük. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq. Bu sülh prosesinin müsbət nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir edəcək”, – deyə, Türkiyə prezidenti qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password