Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib

 

Xəbər verildiyi kimi 26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

Azərbaycan və Ermənistan mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair yayılan rəsmi məlumatda deyilir.

Bildirilir ki, Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password