Azərbaycan bu halda sülhdən imtina edəcək: Son şərtlər masaya qoyuldu

 

Ermənistan tərəfi Azərbaycanla razılışdırılmış məsələlər üzərində razılaşmanın olmasını istəyir. Azərbaycan isə sülh konsepsiyasının birdəfəlik həllində maraqlıdır. Burada hansısa bir məsələni saxlayıb digəri üzərində razılaşma əldə etmək uzunmüddətli sülhü üçün əsas olmayacaq. Təbii ki, bu halda davamlı sülhdən də danışmaq yersizdir.

Bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O qeyd edib ki, sülhə başlıca əngəl Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarıdır:

“Bu maneə aradan qalxmayınca imzalanacaq sülh heç bir halda ciddi əsas yarada bilməz. Çünki Ermənistan konstitusiyasındakı müddəalar bu ölkənin istənilən rəsmisinin imza atacağı sənəddən üstün hesab edilir. Siyasi konyuktura, yəni hakimiyyət dəyişikliyi fonunda erməni tərəfi imzalanmış hər hansı bir sənəddən sonrakı dövrdə asanlıqla imtina edə bilər”.

Siyasi şərhçi Ermənistanın “daxili qanunvericiliyə istinad edə bilməz” kimi yanaşmalarının sonrakı proseslər üçün təminat vermədiyini söyləyib:

“30 illik işğal faktı, tarixi təcrübə, hazırda bu ölkədə Azərbaycana qarşı revanşizmin baş qaldırması fonunda Bakı tələblərində tam haqlıdır. Sülh sazişi məsələsində Azərbaycan paket həll variantı üzərində dayanıb”.

Asif Nərimanlı hesab edir ki, gələcəkdə hansısa fors-major situasiyaya əsas verməmək üçün Azərbaycan Ermənistan konstitusiyasında dəyişikliklə bağlı referendumun keçirilməsinin tərəfdarıdır:

“Erməni xalq sülh istəyirsə, referenduma gedib konstitusiya dəyişikliyinə səs verməlidir. Bundan sonra qalıcı sülhdən danışmaq olar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password