Qələbə planı hazırdır – “Müharibə Rusiya ərazisində bitəcək”

 

Ukraynanın qələbə planı fərqli məqsəd və tapşırıqları olan məqamlardan ibarətdir.

Bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.

“Bu, birölçülü plan deyil, fərqli məqamlar var. Prezident Zelenski artıq dörd əsas və bir əlavə məqamın olduğunu bildirib. Hər bəndin öz məqsədi və vəzifəsi var”, – analitik qeyd edib.

Onun sözlərinə görə, qələbə planının bir bəndi silahlarla bağlıdır. Xüsusi silah növlərinin siyahısı hazırlanıb, bunlar yaxın gələcəkdə Ukraynaya göndərilə bilər.

Fesenko hesab edir ki, Kiyev planda olan bəzi silah növlərini ən yaxın hərbi yardım paketlərində alacaq:

“Eyni şey qələbə planının bəzi siyasi-iqtisadi məqamlarına da aiddir. ABŞ Konqresi tərəfindən qəbul edilməli olan məqamlar ola bilər. Xüsusilə, konkret məqamlardan biri Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsidir. Bunun üçün isə Konqresin razılığı lazımdır”.

Politoloqun fikrincə, Ukraynanın qələbə planının bəzi məqamlarını artıq ABŞ-ın növbəti prezidenti həyata keçirə bilər: “Ona görə də məsələnin tam təsdiq və ya rədd cavabı ilə həllini gözləmək mümkün olmayacaq. Bu planın ayrı-ayrı bəndləri və ya detallarının həyata keçirilməsi ən azı bir neçə ay çəkə bilər”.

Fesenko əmindir ki, Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələrin endirilməsi qələbə planının əsas məqamlarından biridir: “Sentyabrın əvvəlindən təkcə Ukrayna ilə ABŞ yox, həm də ABŞ və Böyük Britaniya arasında bununla bağlı fəal danışıqlar gedir. Ona görə də şübhə yoxdur ki, bu məqam qələbə planındadır və olacaq”.

Analitikə görə, Qərbdə qələbə planı ilə bağlı ümumi anlaşma olarsa, Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri ilə münaqişəni bitirmək mümkün olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password