İran imkan vermir, səbəb isə Bakı deyil – Özər

 

İran Hindistanın Şimal-Cənub dəhlizinin bir parçasıdır. Bu nəqliyyat yolunun ortaqlarından biri Azərbaycan, digəri Rusiyadır. Dolayısı ilə Hindistan hazırda Çinin dünyadakı ən böyük rəqiblərindən birinə çevrilmək üzrədir. Yəni İranın Zəngəzur məsələsinə baxışını Hindistanla strateji əməkdaşlığı ilə əlaqələndirmək lazımdır. Çünki İranın Hindistanla strateji əlaqələrini gücləndirməsi Çinin regiondakı ticari önəmini əngəlləyir.

Bu sözləri türkiyəli analitik Engin Özər İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlıqlarını şərh edərkən deyib.

“Ukrayna müharibəsinə görə Rusiyadan keçən kommunikasiyanın pozulması nəticəsində Avropa və Çin arasındakı dəniz yolunda da yük haqları çox bahalaşdı. Bu da Avropa Birliyi ilə Çin arasında ticarətdə bəzi axsaqlıqlar meydana gətirdi. Hazırda Avropa ilə Çini birləşdirəcək son variant kimi Zəngəzur dəhlizi qalır. Zəngəzur Azərbaycanın baxış bucağından Naxçıvanla birbaşa əlaqəni təmin etsə də, dünyaya görə bu, daha ciddi önəm kəsb edir. İranın Hindistanla strateji əməkdaşlığının Çinin regiondakı iqtisadi əlaqələrini sıxışdırmasına görə Tehran hökuməti Zəngəzur dəhlizinin açılmasını müsbət yanaşmır. İran bu dəhlizin açılması ilə Çinin bölgədə ticari fəaliyyətlərinin artmasından narahatdır. Ona görə də Zəngəzur dəhlizinin açılmasına birmənalı olaraq qarşıdır”, – Özər əlavə edib.

O bildirib ki, Zəngəzur dəhlizinin Türkiyə və Azərbaycanın regionda güclənməsinə yol açması məsələsi İran üçün ikinci dərəcəli önəm daşıyır:

“Türk dövlətləri arasında rabitənin qurulması, asanlaşması İran üçün ikinci dərəcəli təhdid yaradır. Hindistan, Ermənistan və İranın əməkdaşlığı məsələsi İran üçün daha önəmlidir. Bilirsiniz ki, Hindistan İranda ciddi sərmayələr qoymağa başlayıb. Burada Yeni Dehli hökumətinin Zəngəzur dəhlizi ilə əlaqədar İrana təzyiqindən də söhbət gedə bilər. Bu mənada İranın əsl qorxusu türk dövlətlərinin əlaqəsinin güclənməsi yox, Hindistanla qurduğu strateji ortaqlığın çökməsidir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password