Aİ İranı nüvə sazişi üzrə dialoqu bərpa etməyə çağırır – Peter Stano

 

Avropa İttifaqı diplomatik kanalları açıq saxlamaq və əhəmiyyətli nüvə danışıqlarını bərpa etmək imkanlarını araşdırmaq üçün İran, ABŞ və Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) digər üzvləri ilə fəal olaraq qarşılıqlı əlaqədədir.

Bunu özəl müsahibəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib.

O, Aİ-nin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq BHFP-nin koordinatoru kimi rolunu vurğulayaraq, İranın nüvə proqramı ilə bağlı mürəkkəb məsələnin həllində diplomatiyanın vacibliyini qeyd edib.

P.Stano qeyd edib ki, Aİ İranın nüvə fəaliyyətlərinin monitorinqinə cavabdeh olan yeganə beynəlxalq qurum kimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) dərin etimad göstərir.

O, eyni zamanda, AEBA-nın son hesabatı İranın nüvə proqramı və agentliklə əməkdaşlığın olmaması ilə bağlı ciddi narahatlıqlara səbəb olduğunu bildirib.

“Aİ qarşılıqlı hörmət əsasında bütün variantları nəzərdən keçirən inklüziv siyasi yanaşmaya sadiq qalır: lazım olan yerdə və zamanda kritik, lazım olan yerdə və zamanda kritik, maraqlarımızın üst-üstə düşdüyü yerdə və zamanda qarşılıqlı fəaliyyətə hazırdır. İnanırıq ki, diplomatiya həssas məsələlərin həlli yoludur”, – qeyd edərək, Aİ-nin artıq İranın yeni rəhbərliyi ilə, o cümlədən prezident Məsud Pezeşkian və xarici işlər naziri Seyid Abbas Araqçı ilə əlaqə saxladığını vurğulayıb./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password