Türkiyənin dəhlizlə bağlı mövqeyi: Bu şərtlə açılmasını istəyir
Zəngəzur dəhlizi ətrafında artan müzakirələr tərəflərin mövqeyinin daha aktiv şəkildə ifadəsi ilə müşahidə edilir. Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi birmənalıdır. Azərbaycan, Rusiya və Ermənistanın hansı mövqeyə gəlməsi Türkiyə üçün məqbuldur. Ankara Zəngəzur dəhlizinin açılmasını istəyir.
Bunu Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.
O qeyd edib ki, Rusiya ilə İran arasında Zəngəzur dəhlizinə görə ziddiyət yarandığı halda Türkiyə prosesə müdaxilə etmək istəmir:
“Dəhlizin açılması, Azərbaycanın Naxçıvana çıxışı Türkiyə ilə kommunikasiyanın qurulması deməkdir. Türkiyə birmənalı olaraq bunun tərəfdarıdır”.
Partiya sədri hesab edir ki, indiki halda İran daxili auditoriyada, cəmiyyətdə formalaşdırdığı xəstə təfəkkürü ortaya qoyur:
“Xəstə İran cəmiyyəti sadəcə olaraq dini duyğular üzərində istismar olunur. Beləliklə, də hədəfsiz vəziyyətə düşür. İnsanlar nəyin uğrunda mübarizə apardığını bilmir”.
Fazil Mustafa bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq çəkidə deyil:
“Bu məsələ Rusiya və Ermənistan arasında həll edildikdən sonra dəhlizin açılması reallaşacaq. Türkiyənin də mövqeyi hər kəsə bəllidir. İndiki mübahisə məqamında Türkiyənin mövqeyi ona hesablanıb ki, İranla olan məsələləri Rusiya öz həll etsin”.