Trampa ikinci sui-qəsd cəhdi – Nə baş verir?

 

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi edildiyinə dair məlumatlar yayılıb. İyulun 13-də edilən ilk sui-qəsd cəhdinin müəmmalı tərəfləri çox olsa da, Baydenlə debatdan (27 iyun) qalib ayrılan Trampın əlini ciddi şəkildə gücləndirdi.

Respublikaçılar sentyabrın 10-a təyin edilən ikinci debatda Baydeni tamamilə nüfuzdan salacaqlarını düşünürdülər. Lakin proses demokratların əleyhinə cərəyan etdiyi vaxt “məğlub” Baydenin yerinə Harrisin namizəd olması mənzərəni dəyişdirdi. Debata Bayden yox, Harrislə çıxan Tramp bu dəfə istədiyi nəticəni əldə edə bilmədi. Debatdan sonr rəy sorğularının nəticələri də respublikaçıların namizədinin əleyhinədir.

Bu sözləri politoloq Asif Nərimanlı Trampa qarşı növbəti sui-qəsd cəhdi haqda yayılan məlumata münasibətində bildirib.

“Proseslərin inkişafı fonunda Trampa qarşı “növbəti sui-qəsd cəhdi” ilə bağlı informasiyaların ictimai rəyə hesablandığı ehtimalı daha güclü görünür. Bütün ölkələrdə namizədin ölümlə təhdid edilməsi elektoratın dəstəyini qazanmaqda effektiv metoddur”, – o vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password