Sərhədimizdə qarşıdurma gözlənilir – Bakı diqqətlə izləyir

 

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri bu ölkənin parçalanması təhlükəsini yaradıb. Gürcü Arzusu Partiyasının rəqibləri hesab edir ki, iqtidar hakimiyyəti qazanmaq üçün hər şeyi edəcək, hətta zorakılığa əl atacaq. Lakin bunun Qərbdən uzaqlaşan və müstəqil xarici siyasət yürütməyə çalışan hakimiyyətə qarşı öncədən antirəyin yaradılmasına hesablanmış iddialar olduğu da istisna edilməməlidir.

Artıq Qərbdə Gürcüstanı öz orbitində saxlamağın yolları axtarılır.

“Faynənşl tayms” (FT) nəşrinin “Qərb liderləri Gürcüstanda genişmiqyaslı böhran olacağı təqdirdə plan hazırlamalıdır” qeydi də bundan xəbər verir.

“Tiflisdə atmosfer gərgindir. Bəzilərinə görə bu vəziyyət 2012-ci ili – İvanişvilinin Saakaşvilini məğlub etdiyi seçkini xatırladır. Saakaşvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstanda ciddi demokratikləşmə olsa da, təhlükəsizlik problemləri yarandı. Nəticədə Rusiya 2008-ci il müharibəsinə başlayaraq, Gürcüstana müdaxilə etdi. İndi eyni ssenarilərin bu və ya digər formada İvanişvili dövründə təhkrarlanması riskləri var. Bu yaz on minlərlə QHT “Xarici agentlər Haqqında qanuna etiraz olaraq küçəyə çıxsa da, hökumət qanunu qəbul etdi. Bununla yanaşı, LGBT təbliğatına qarşı qanunların sərtləşməsi də faciəli vəziyyət yaradıb”, – nəşr yazır.

Nəşr qeyd edir ki, Gürcüstan müxalifəti seçkidə qalib gələcəklərinə ümid edir: “Lakin səsvermə təkcə Tiflisdə keçirilsəydi, bu, belə olardı. Bölgələrdə vəziyyət fərqlidir. Misal üçün, Türkiyə ilə sərhəddə yerləşən kiçik Axalsix şəhərində yerli sakinlər hakim partiyanı dəstəkləyir”.

FT seçki dövründə Gürcüstanda bir neçə ssenari proqnozlaşdırır.

“Birincisi, Gürcü Arzusu qalib gələrsə, Qərbdən daha da uzaqlaşacaq.

İkincisi, Gürcü Arzusu məğlub olarsa, hakimiyyəti saxlamaq üçün müxtəlif variantlara əl ata bilər.

Üçüncüsü, Qərb “Tiflis Maydanı” təşkil edə bilər, lakin bu, daha çox Rusiyanın iddiasıdır”, – nəşr qeyd edir və əlavə edir ki, oktyabr seçkiləri Gürcüstanda siyasi-sosioloji parçalanmanı dərinləşdirəcək.

Tiflisdə baş verənlər Azərbaycan üçün də xüsusilə əhəmiyyətlidir. Təkcə ona görə yox ki, bu ölkə ilə qonşuyuq, həm də Gürcüstan seçkilərinin nəticələri Cənubi Qafqazda qüvvələr balansını müəyyənləşdirə bilər.

Gürcü Arzusu qalib gələrsə, Qərb bölgədə ciddi təsir itkisi ilə üzləşəcək, yaxud itirmək perspekti ilə üz-üzə qalacaq. Bu halda Tiflisdə “rəngli inqilab” ssenarisinin təkrarlanması gündəmə gələ bilər. Buna paralel olaraq, Gürcü Arzusu da hakimiyyəti qorumaq və müstəqil xarici siyasi kursu davam etdirmək üçün əlindən gələni etməyə çalışacaq ki, nəticədə qarşıdurma dərinləşə bilər. Baş verənlər oktyabr ayında Azərbaycanın qonşuluğunda ciddi qarşıdurmaların yaşanacağından xəbər verir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password