Banklarla bağlı gözlənilməz xəbər: kredit faizləri aşağı salınır?

 

Azərbaycan banklarının kredit siyasəti hər zaman müzakirə edilir. Müştərilər kredit və ipoteka şərtlərinin uyğun olmadığını deyir. Əsasən də faizlərin yüksəlkliyindən şikayət edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda kredit faizlərinin yüksək olması uzun illər davam edən bir problemdir.

Onun sözlərinə görə, mövcud problemlərin müxtəlif səbəbləri var:

“Faizlərin yüksək olması bir nəticədir. Onu doğuran səbəblər var. Məsələn, səbəblərdən biri Mərkəzi Bankın uçot dərəcəsinin yüksək olmasıdır. Mərkəzi Bankdan verilən açıqlamaya görə, faizi yavaş-yavaş aşağı salacaqlar. Digər səbəb rəqabətsizlik mühitidir. Çünki Azərbaycanda dörd bank bütün bank bazarının 75-80 faizinə nəzarət edir. Bu da rəqabətsizlik mühiti yaratmış olur. Növbəti səbəb əhalinin istehlak kreditlərinə böyük ehtiyacının olmasıdır. Yəni gəlirlər aşağı olduğuna görə əhali öz ehtiyaclarını ödəmək üçün daha çox kredit götürməyə üstünlük verir ki, bu da kreditə tələbi artırır. Tələb artan kimi, banklar da bundan istifadə edib faizi yüksəldirlər”.

İqtisadçı deyib ki, bunun inzibati yolla tənzimləmə mexanizmi yoxdur:

“Bu gün dövlət əmr edə bilməz ki, kommersiya bankları hansı faizlə kredit versinlər. Amma hökumətin əlində elə ələtlər var ki, onlar vasitəsilə faizlərin aşağı çəkilməsinə şərait yarada bilər. Bunlardan biri, Mərkəzi Bankın faiz dərəcəsinin aşağı çəkilməsidir. Hazırda faiz yüksək səviyyədədir. Bunun heç olmasa 3-4 faizə qədər enməsinə ehtiyac var. Digər məsələ də rəqabətli mühiti gücləndirmək lazımdır. Azərbaycanda birbaşa xarici kapitallı banklar demək olar ki, yoxdur. Bir tək qardaş Türkiyənin bankları var ki, onlar da filial şəklində çalışırlar. Məsələn, qonşu Gürcüstanda Fransanın, Amerikanın bankları fəaliyyət göstərir. Bizə də lazımdır ki, bazara birbaşa xarici kapitallı banklar daxil olsunlar. Onlar da rəqabətli mühiti gücləndirəcəklər. Nəticə etibarilə kredit faizlərinin aşağı düşməsi mümkün ola bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password