Azərbaycanın “yaşıl enerji” ixrac etmək imkanları
Azərbaycan yaxın gələcəkdə ən böyük hədəflərindən biri də “yaşıl artım” ölkəsinə və yaşıl enerji ixracatçısına çevrilməkdir. Bunun üçün ölkəmizin yetərincə potensialı mövcuddur. Ölkəmizin təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin texniki potensialı 184 GVt-dan (GW) çoxdur. Azərbaycan Avropayla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atır. 2022-ci ildə Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstanla yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalamışdır. Layihə qoca qitənin enerji təhlükəsizliyini gücləndirməyə yardım edəcək Azərbaycan partnyorları ilə reallaşdırmağı bu layihədə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi nəzərdə tulub. Bu da Azərbaycana yaşıl enerjini Avropa bazarına çıxartmağa imkan verəcək. Qara dənizin dibi ilə 1100 km – sualtı elektrik kabelinin çəkilişi nəzərdə tutulub. Bu xətt vasitəsi ilə 4 min meqavata qədər yaşıl enerji ixrac etmək mümkün olacağı deməkdir.
Azərbaycanın yaşıl enerji ixrac potensialı, ölkənin enerji resurslarının müxtəlifliyi və beynəlxalq enerji bazarlarında müsbət təsir göstərmək məqsədini güdür. Bu potensial bir neçə əsas amil və şərait əsasında qiymətləndirilə bilər:
Yaşıl enerji ixracı üçün uyğun infrastruktur və texnoloji şəbəkələrin qurulması vacibdir. Enerji ötürmə şəbəkələrinin və əlaqələndirici infrastrukturların inkişafı, yaşıl enerjinin ixracını asanlaşdıracaq.
Azərbaycanın yaşıl enerji ixracını artırmaq üçün regional enerji bazarları ilə əməkdaşlıq və inteqrasiya vacibdir. Cənubi Qafqaz bölgəsindəki və digər qonşu ölkələrlə enerji mübadiləsi və ixrac razılaşmaları bu sahədə irəliləyişə səbəb ola bilər.
Dövlətin yaşıl enerji ixracını təşviq edən siyasətləri və qanunvericilik təşviqləri, enerji sektorunun inkişafına müsbət təsir göstərir. Müvafiq qanunvericilik və iqtisadi təşviq proqramları, yaşıl enerji ixracını artırmağa kömək edə bilər.
Dövlət və beynəlxalq maliyyə qurumları tərəfindən yaşıl enerji ixracına dəstək proqramları, investisiyaların artırılmasına və ixrac imkanlarının genişləndirilməsinə kömək edir.
Beynəlxalq Ticarət Razılaşmaları Azərbaycanın yaşıl enerji ixracını təşviq edən beynəlxalq ticarət razılaşmaları və enerji mübadiləsi proqramları, enerji ixracını asanlaşdıracaq və bazar imkanlarını genişləndirəcək. Yaşıl enerji ixracı, ekoloji mühafizəni təşviq edir və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə müsbət rol oynayır. Enerji ixracı, ölkənin iqtisadiyyatını gücləndirə bilər, valyuta gəlirlərini artırar və enerji sektorunda yeni iş yerlərinin yaradılmasına kömək edə bilər.
Azərbaycanın yaşıl enerji ixrac potensialı yüksəkdir və bu, ölkənin enerji resurslarının müxtəlifliyindən, dövlət dəstəyindən və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə edərək həyata keçirilə bilər. İxrac potensialının reallaşması üçün müvafiq infrastrukturun inkişafı, regional əməkdaşlıq və dövlət siyasətinin dəstəyi əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.