Paşinyan: Bakı və İrəvan sərhədlərin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə edib

 

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə edib.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanması ilə bu məsələdə irəliləyiş əldə olunub:

“Sənəddə tərəflərin aprelin 19-da verdiyi birgə bəyanatda qeyd olunan müddəalar öz əksini tapıb. Xüsusilə, Alma-Ata Bəyannaməsinin delimitasiya prosesinin əsas prinsipi kimi çıxış etməsi və tərəflərin bu bəyannaməni rəhbər tutmaları ilə möhkəmləndirilib. Hazırda sənəd ölkədaxili prosedurlara uyğun olaraq daxili razılaşdırılmalardan keçir. Əminəm ki, Ermənistan bu prosesi başa çatdırmaq üçün lazım olan hər şeyi edəcək. Hökumət layihəni bəyənib Konstitusiya Məhkəməsinə göndərib”./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password