“İS.M.M.” MMC dövlət sifarişlərini layiqincə yerinə yetirir
Xəbər verdiyimiz kimi Gədəbəy rayon İçra Hakimiyyəti və İçra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sifarişi əsasında Gədəbəy şəhərində yolların əsaslı təmiri işləri, işıqlandırma və piyadaların hərəkəti üçün səkilərin salınması və yaşıllaşdırma işləri həyata keçirilir. Söz verdiyimiz kimi, burada işləri həyata keçirən “RASH.M.M.TRADE AND SERVICES-2020” və “İS.M.M.” şirkətləri ilə bağlı ətraflı araşdırmalar apardıq. Məlum oldu ki, “İS.M.M.” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 aprel 2004-cü ildə dövlət qeydiyyatına alındıqdan sonra maddi-texniki bazasını göcləndirərərək işini günün tələbləri səviyyəsində qurub, müasir texnikalarla təchiz edib. Şirkət qısa müddət ərzində yüksək ixtisaslı, peşəkar kadrları işə cəlb edərək ölkəmizdə həyata keçirilən bir çox layihələrdə də çox fəal iştirak etməyə başlayıb.
Yaranmasından sonra qısa müddət ərzində tikinti, təmir işləri ilə bərabər tanınmış yol tikinti şirkətlərindən birinə çevrilib. Azərbaycanın bir çox rayonlarında şəhərdaxili avtomobil yollarının yenidənqurulması işlərini uğurla həyata keçirib. Ölkəmizdə məşğulluq səviyyəsi aşağı olduğu vaxtlarda bir çox işsiz vətəndaşların işlə təmin edilməsini həyata keçirib.
Hazırda şirkət Gədəbəy şəhərində yolların əsaslı təmiri işlərini həyata keçirir. Gədəbəy şəhərində, 20 Yanvar, Cəfər Cabbarlı, Nizami M.C.Paşayev, Qoşqar Əhmədli, M.Ə.Rəsulzadə, Zərifə Əliyeva, Səməd Vurğun, Bakı, Simens qardaşları, Koroğlu, Əliağa Şıxlınski, İsmət Qayıbov, Qarabağ küçələrində istismara yararsız hala düşən avtomobil yollarının texniki şərtlərə tam cavab verən yenidənqurulması işlərini həyata keçirir.
“RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-də dövlət qeydiyyatına alındığı gündən İşini günün tələbləri səviyyəsində qurub. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 14.02.2022-ci il tarixli, EL-85/2022/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alaraq ölkə ərazisində vətəndaşlarımızın rifah halının yüksəldilməsi və məşğulluğunun artırılmasına xidmət edən layihələrdə iştirak edir, bölgələrdə aparılan tikinti-quruculuq işlərini layiqincə həyata keçirərək öz tövhəsini verir.
Aktualinfo.org