Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib, mükafatlandırıb – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilirlər:
“Şöhrət” ordeni ilə
Aslanov Orxan Əlövsət oğlu
Vəliyeva Lamiyə Rövşən qızı
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Xəlilov İmaməddin Marif oğlu
Nəcəfzadə Səid Əli oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Salei Raman Serqeyeviç
Zəkiyev İlham Əzizağa oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Zeynalov Sabir Elniz oğlu
1-ci dərəcəli “Əmək” ordeni ilə
Panyutin Oleq Viktoroviç
2-ci dərəcəli “Əmək” ordeni ilə
Culfayev Alavərdi Abasoviç
Zayets Vladimir Vladimiroviç
3-cü dərəcəli “Əmək” ordeni ilə
İbrahimov İbrahim Eldar oğlu
Kirillov Fyodor Borisoviç
“Tərəqqi” medalı ilə
Xəlilov Arif Məmməd oğlu
İsrafilov Nazim Məhəmmədvəli oğlu
Şükürov Vüqar Gülağa oğlu
Tağızadə Fərid Əvəz oğlu
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
Əliyev Rəşad Rauf oğlu
Əliyev Tofiq Zöhrab oğlu
İsrafilov Vəli Rəşadət oğlu
Zahidov Azad Zakir oğlu.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” da Sərəncam imzalayıb.
Sərəncamla XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
– birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
– ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;
– üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.