Rusiya yenə “Trampı seçdirməyə çalışır” – ABŞ kəşfiyyatından maraqlı açıqlamalar

 

Rusiyanın dövlət televiziya kanalı RT-nin iştirakı ilə yaradılan amerikalı bloqçular şəbəkəsi ABŞ-də seçiciləri demokrat Kamala Harrisi yox, respublikaçı namizəd Donald Trampı seçməyə inandırmaq üçün onlara təsir göstərməyə çalışıb.

Bu barədə Amerika kəşfiyyatının adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi “Reuters” ganetliyinə bildirib .

Kəşfiyyat xidmətlərinin nümayəndəsi vurğulayıb ki, Rusiyanın seçkilərə iddia edilən müdaxiləsinin əsas məqsədi 2016-cı ildə olduğu kimi amerikalılar arasında düşmənçiliyi qızışdırmaqdı. Eyni zamanda Trampa dəstək kampaniyasını “Rusiya üçün daha üstün vacib olan seçki nəticələrinə nail olmaq istəyinin” əksi adlandırıb. Trampın özünə və Rusiya ilə əməkdaşlığına dair heç bir ittiham irəli sürülməyib.

ABŞ kəşfiyyat nümayəndəsinin sözlərinə görə, Rusiya ən fəal şəkildə Amerika seçkilərinə müdaxilə etməyə çalışır. Müdaxilə cəhdləri Çin və İran kimi ölkələrdən də qeydə alınıb. Çin kəşfiyyat orqanları bir sıra rayonlarda Konqres seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır. İranın seçkilərə müdaxilə cəhdlərində əvvəlki illərlə müqayisədə daha fəal olduğu bildirilir. Kəşfiyyat nümayəndəsi bu cəhdlərin nədən ibarət olduğunu açıqlamayıb.

O, həmçinin bildirib ki, kəşfiyyat agentlikləri Rusiyanın seçkiyə müdaxilə əməliyyatlarının hədəfinə çevrilə biləcək insanlara özəl xəbərdarlıq edir.

Moskva hər hansı müdaxiləni rədd edir. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Trampın yox, Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi cavab olaraq bildirib ki, Rusiya Prezidenti ABŞ-da keçiriləcək seçkilərlə bağlı danışmağı dayandırmalıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password