Ənənəyə çevirələcək bir görüş

 

Bu gün bir qrup Göyçə mahalının Ardanış kənd ziyalısı bu il tələbə adını qazanan Ardanış kökənli gəncləri təbrik etdi. Tələbə adını qazanan gənclərimizi və onlarla gəlmiş yaxınlarını salamlayan Hümbət Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Bütün zal himnimizi oxudu. Hümbət müəllim Ardanış kənd məktəbində gözəl bir adətin olmasından və hələ kənddə yaşayarkən hər il onlarla məzunlarımızın ali məktəblərə qəbulundan danışdı. Bu ənənənin deportasiyadan sonra gənclərimizin də davam etdirməsini, artıq onların səsinin dünyanın ən qabaqcıl universitetlərdən gəlməsini xüsusi vurğuladıı. Sağlam ruhlu gəncliyimizin uğurları hamımızın doğma yurdlarımıza qayıdışın zəmanətidir. Sizlər də bu yolda mübarizlərdən olmalısınız. Görüşdə çıxış edən ziyalılardan Vüqar Abduyev, Haqverdi İbrahimov, Əli Vəliyev, Yaşar Kərimov, Mahirə Qurbanova, Zəkiyyə Kərimova və başqaları çıxış edərək gəncləri tələbə adı almaları münasibəti ilə təbrik etdilər və ata-babalarının ənənələrini davam etdirərək öz bilik, bacarıqları ilə ardanışlı adını hər yerdə uca tutmalarını tövsiyyə etdilər. Onlar öz kənd məktəblərini, müəllimlərini həmişə yaxşı xatırladıqlarını və oranı Ardanış kənd akademiyası adlandırdıqlarını bildirdilər. Xüsusi qeyd etdilər ki, hətta 1977-ci il buraxılışında Ardanış kənd orta məktəbini bitirən bir sinifdən 5 nəfər məzun Bakı Dövlət Universitetində eyni qrupda oxumuşdurlar və bu qrup universitetdə “Ardanış” adı ilə tanınırdı. İki halda isə 3 nəfər eyni sinifdən Aərbaycan Pedaqoji Universitetində eyni qrupda oxumuşdurlar. Onlar gənclərə həm ali məktəblərdə, həm də ictimai həyatda öz bilik və bacarıqları ilə fərqlənəcəklərinə inandıqlarını bildirdilər. Bu gün öz tarixi yurdlarımıza qayıtmaq üçün savadlı, bacarıqlı gənclərə ehtiyac daha çoxdur. Sizlər də bu yolda öz qabiliyyətinizi əsirgəməməlisiniz. Görüşdə iştirak edən “İrəvan komitəsi” İB-nin təşəbbüs qrupunun sədri Tofiq Həsənov da gəncləri təbrik edərək onlara uğurlar arzuladı. Tələbə adı qazanan gənclərdən Ələmdar İbrahimli, Zeynəb Kərimova, Ayan Hüseynli, Həsən Axundlu, Araz Əsgərzadə, Alsu Nəbizadə, Aylin Əliyeva, Nihad Hümbətli, Nicat Kərimli, Nurcan Vəliyeva və başqaları çıxış edərək bu görüşü təşkil etdiklərinə görə ziyalılarımıza təşəkkür etdilər və onlar da hər yerdə bu tövsüyələri unutmayacaqlarını bildirdilər. Sonda gənclərə hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.

Əli Vəliyev

Məqaləyə dair fotomateriallar:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password