Paşinyandan “yeni sülh ideyası” – Bakı “ciddi ol” mesajı ilə cavab verdi

 

Azərbaycan Ermənistandan fərqli olaraq, hərtərəfli və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ermənistan hələlik sülh müqaviləsinə mane olan məsələ ilə əlaqədar Azərbaycanın tələbini yerinə yetirməyib. Bu da ölkəmizə qarşı ərazi iddiasının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Amma müqavilə ilə bağlı bir sıra razılaşmalar əldə edilib. Paşinyan da bildirir ki, sülh sazişi razılaşdırılmış maddələr əsasında imzalansın. Bu keçid sülh sazişi Paşinyana lazımdır. O, bununla daxili siyasi imkanlarını gücləndirmək və Qərbdən tam dəstək almağı hədəfləyir. Həmçinin hesab edirəm ki, keçid sülh müqaviləsi bağlandıqdan sonra konstitusiya dəyişikliyindən yayına bilər. Elə buna görə də xarici işlər naziri Ceyhun Bayramov söylədi ki, Azərbaycan sülh məsələsinə ciddi yanaşır. Ermənistana da tövsiyyə etdi ki, o da ciddi yanaşsın. Yəni ciddi olmaq lazımdır”, – ekspert qeyd edib.

Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan Ermənistanla hərtərəfli və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır:

“Bunun üçün, Ermənistan ilk növbədə konstitusiyası və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını tam çıxarmalıdır. Ermənistan sülh istədiyini bəyan edir, digər yandan da, buna zəmin yaradacaq addımları atmır.

Ermənistan baş naziri Prezident İlham Əliyevlə sərhəddə görüş təklifi ilə çıxış edib. Azərbaycanla Ermənistan arasında belə bir təcrübə var. Vaxtilə mərhum prezident Heydər Əliyevlə Robert Köçəryan arasında sərhəddə görüş olmuşdu. İndi də liderlər Naxçıvan və ya dəhlizin keçəcəyi Zəngəzurun hansısa sərhəd nöqtəsində görüşə bilərlər. Amma İrəvan bunun üçün sülh müqaviləsinə əngəl olacaq maneəni aradan qaldıracağı ilə bağlı Bakıya tutarlı zəmanət verməlidir, əməli ilə sübut etməlidir ki, həqiqətən sülh istəyir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password