Azərbaycanın geotermal enerji mənbələri hansı perspektivlər vəd edir?
Geotermal enerji davamlı, etibarlı və ekoloji cəhətdən təmiz olduğu üçün qlobal miqyasda böyük rəğbət görür. Geotermal enerjidən elektrik enerjisi istehsal edən ilk beş ölkə ABŞ, İndoneziya, Filippin, Türkiyə və Yeni Zelandiyadır.
Azərbaycanın geotermal enerji ehtiyatlarını araşdırılıb.
Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkə kimi həm də geotermal enerji potensialına malikdir. Geotermal enerji istilik və soyutma məqsədləri üçün və ya təmiz elektrik enerjisi istehsal etmək üçün istifadə edilə bilər.
Geotermal enerji mənbələri hava şəraitindən asılı olmayaraq, həftənin 7 günü 24 saat elektrik enerjisi istehsal etmək gücünə malikdir. Elektrik enerjisi isə geotermal yataqlarda qazılan quyulardan buxar və suya ayrıldıqdan sonra turbinlər və generatorlar vasitəsilə istehsal olunur.
Azərbaycan hökuməti və müxtəlif tədqiqat institutları geotermal enerji potensialını qiymətləndirmək və bu sahədə daha çox məlumat əldə etmək üçün müxtəlif tədqiqatlar aparır. Azərbaycan bərpa olunan enerji mənbələrinin şaxələndirilməsi və dayanıqlı enerji həllərinə keçid üçün addımlar atır. Bu kontekstdə geotermal enerji də potensial resurs hesab olunur.
Bununla belə, geotermal enerjinin genişmiqyaslı istifadəsini təşviq etmək və inkişaf etdirmək üçün daha çox investisiya və infrastruktur tələb olunur. Bu potensialı tam qiymətləndirmək üçün daha çox tədqiqat, investisiya və inkişaf işləri zəruridir. Hazırda geotermal enerji ölkənin enerji strategiyasında qalıq yanacaqlardan sonra daha məhdud yerə malikdir.
Azərbaycanın geotermal enerji mənbələrinin əsas göstəriciləri
Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə artıqdır.