Moskvadan MDB ölkəsinə xəbərdarlıq: “Bu, Rusiyaya hücum deməkdir”

 

Moskva Dnestryanıda (Moldova) Rusiya sülhməramlıları və vətəndaşlarına qarşı hər hansı təxribatı Rusiyaya hücum hesab edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Xatırlatmaq istərdik ki, Dnestryanıda yerləşən Rusiya sülhməramlılarından əlavə, 220 mindən çox Rusiya vətəndaşı da yaşayır”, – ölkə rəsmisi bildirib.

Dnestryanıdakı separatçılar 1990-cı ildə birtərəfli qaydada Moldovadan “müstəqillik”lərini elan ediblər. “Qərar” 1992-ci ildə müharibəyə səbəb olub, Rusiya yaranmış durumdan yararlanaraq Moldovanın bu bölgəsinə hərbi qüvvə yeridib.

 

Son həftələrdə Moldovanın mərkəzi hakimiyyəti ilə qondarma qurum arasında gərginlik yaşanır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password