Sülhə əngəl olan yeganə məsələ: Ermənistan son qərarını verdi

 

Azərbaycanın Ermənisandan tələb etdiyi konstitusiya dəyişikliyi 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Ədliyyə naziri Qriqor Minasyan avqustun 29-da bildirdi ki, konstitusiyaya dəyişikliklə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Bundan əvvəl hökumət həm Paşinyan, həm də digər hakim partiyanın üzvlərinin ağzı ilə konstitusiyanı dəyişdirmək niyyətində olduğunu bəyan etmişdi. Yəni 2026-cı il seçki ilindən sonra konstitusiyada dəyişiklik olacaq. Azərbaycan tərəfindən sülhün bağlanması və münasibətlərin normallaşması üçün ilkin şərt kimi qoyulmasaydı, Ermənistanda konstitusiyaya dəyişiklik və ya yeni konstitusiya məsələsi gündəmdə mühüm məsələyə çevrilməzdi”, – məqalədə deyilir.

Erməni nəşrinin fikrincə, həyata keçirilməsi planlaşdırılan hazırkı dəyişiklik mövcud konstitusiyanın dəyişdirilməsi yox, yenisinin yazılması deməkdir:

 

“Xarici faktorları, Ermənistan və regional vəziyyəti, eləcə də digər səbəbləri nəzərə alsaq, yeni konstitusiya yeni reallıqlar və Bakının tələbinə uyğun tərtib olunacaq”.

Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılmasından gedir. Rəsmi Bakı bunun sülh müqaviləsinin imzalanmasına yeganə maneə olduğunu bəyan edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password