Putin Monqolustanı işə saldı – “Çingiz Xan da yoxdur ki…”

 

Monqolustan Çingiz Xanın dövründəki imperiya deyil ki, Rusiya liderinin əllərini qandallayıb Beynəlxalq Cinayətlər Məhkəməsinə təhvil versin.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya başçısının Monqolustana səfəri ətrafındakı gəlişmələrə diqqət çəkib:

“Monqolustanı işə salıblar. Məşhur filmdə deyildiyi kimi: biri deyir, oxu, o biri qayıdır ki, oxuma. Qərb Ulan-Batordan Monqolustana səfər edən Rusiya Prezidenti Vladimir Putinin həbsini tələb edir, Moskva isə hədələyir ki, prezidentimi həbs etsən, başın bəlaya girəcək.

Monqolustan Roma Statutuna qoşulanda Putinin bu ölkəyə səfəri mövzusu müzakirə predmeti deyildi. Bəlkə də Ulan-Bator Putini Monqolustana Roma Statutuna qoşulmadan əvvəl dəvət edib. Monqolustan Çingiz Xanın dövründəki imperiya deyil ki, Rusiya liderinin əllərini qandallayıb Beynəlxalq Cinayətlər Məhkəməsinə təhvil versin.

 

BRİKS-in zirvə toplantısı Cənubi Afrika Respublikasında keçiriləndə bu ölkənin dövlət başçısı Putinə zəng edərək açıqca dedi ki, tədbirə gəlməməyiniz məsləhətdir, onlayn qoşulun. Çünki Cənubi Afrika da Roma Statutuna qoşulub. Putin ora getmədi. Monqolustan Cənubi Afrika Respublikası deyil, Rusiya və Çin arasında sıxılıb qalmış ölkədir.

Monqolustanı pis vəziyyətə salan Putindir. O, bu ölkəyə səfərə getməyə də bilərdi. Məsələn, bu ölkə ilə iqtisadi mövzuları Rusiya baş naziri Mişustin müzakirə edə bilərdi. Putin Monqolustana getməklə beynəlxalq aləmə mesaj göndərib ki, Roma Statutunu saymır və onu imzalayan ölkə Rusiya prezidentini həbsinə risk etməz”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password