Texnologiya Universiteti bir günün MMC-sindən nə kimi mallar alacaq? – Şübhə yeri var

 

Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti “Mal-materiallar”ın satın alınması üzrə 12.07.2024-cü ildə başladığı kotirovka sorğusu müsabiqəsinə yekun vurub və “Stark Group”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18.693,56 manat məbləğində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalında 30.08.2024-cü il tarixdə dərc edib.

Qeyd edək ki, ilk baxışdan adi bir dövlət satınalması proseduru olduğu görsənir. Amma araşdırdıqda məlum olur Azərbaycan Texnologiya Universitetinin Satınalma Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, ilk növbədə kotirovka sorğusunun əsas şərtlər toplusunda satın alınması nəzərdə tutulan nə kimi mal-materialların siyahısını açıqlamayab. Daha sonra Azərbaycan Texnologiya Universiteti tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 12.07.2024-cü ilə, zərflərin açılış tarixi isə 29.07.2024-cü il tarixə müəyyən edilib. “STARK GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 11.07.2024-cü il tarixində, yəni müsabiqənin başlanılmasından cəmi bir  gün əvvəl dövlət qeydiyyatına alınib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “STARK GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.07.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində  (Naxçıvan MR) dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏRUR RAYONU, KÜRDÇÜLÜ, KÜRÇÜLÜ, qanuni təmsilçisinin isə Sadiqov Coşqun Məmməd oğlu olduğu göstərilir.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, Azərbaycan Texnologiya Universiteti satınalma müsabiqəsinə dəvətdən 1 gün əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb.

İndi gəlin görək mövcud qanunlar Azərbaycan Texnologiya Universitetinin Satınalma Komissiyasından mal-materialların satınalınması üzrə başladığı müsabiqədə iddiaçılardan nə kimi kimi sənədlər tələb edir:

Təchizatçılara dair xüsusi tələblər aşağıdakılardır:

satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; texniki imkanlarının və maddi-texniki bazasının olması;müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.

Maraqlıdır kotirovka sorğusu müsabiqəsinin bağlanılmasına 1 gün qalmış yaradılmış bir MMC-yə müvafiq sahədə peşəkarlığının olması, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasına zəmanəti kim verib?

Qeyd edək ki, bu  Azərbaycan Texnologiya Universitetinin satınalmalarda yol verdiyi ilk qanunsuzluq deyil. Ali təhsil müəssisəsi dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 14.05.2024-cü il tarixdə başladığı kotirovka sorğusunda qanunun tələblərinə riayyət etməyib. Universitet 02.08.2024-cü ildə “NUR GENERAL SUPPLIER”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 38.909,32 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat yoxdu. Amma daha maraqlı məlumatlar var. Elektron mediada MMC-nin adı bir sıra dövlət qurumlarının keçirdiyi şübhəli satınalmalarda hallanır.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Yaşar Ömərova həvalə edilmişdir. Yaşar Ömərov 2021-ci ilin iyulundan başlayaraq Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra etmişdir. Təyinatdan qısa müddət sonra Universitetin rektoru vəzifəsini icra edən Yaşar Ömərovun tabeliyində çalışan işçiləri təhdid edən audioyazısı yayılmışdı.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password