“Azercell”in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

 

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell Telekom” MMC bu istiqamətdə daha bir yeniliyə imza atır. 02.09.2024 tarixindən etibarən “Azercell” ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsini təqdim edən abunəçilər tam xidmət spektrindən yararlana biləcəklər. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Belə ki, “mygov” tətbiqi vasitəsilə şəxsiyyəti təsdiq edən məlumatları göstərən müştərilər Azercell Eksklüziv ofislərində istənilən əməliyyatı həyata keçirmək imkanı əldə edirlər. Bununla da müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan “Azercell” abunəçilərinə daha operativ və rahat şəkildə xidmət göstərilməsini, eləcə də məlumat təhlükəsizliyini təmin edir. Bu yenilik tez bir zamanda “Azercell”in bütün diler mağazalarında da əlçatan olacaq.

Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2024-cü il 16 iyul tarixli Fərmana əsasən icra edilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password