Paşinyanın “sərhəddə görüş” istəyi – Konsensus var

 

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb.

Bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər haqda qeyd edib.

“Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini söyləyib.

Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil. Bu məsələdə konsensus var”, – politoloq vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password