“Kurskdakı hərbi əməliyyatlar qələbə planımızın bəndlərindən biridir” – Zelenski

 

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində həyata keçirdiyi əməliyyat Qətərdəki enerji görüşü ilə əlaqəli deyil.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.

O qeyd edib ki, Kursk vilayətində keçirilmiş hərbi əməliyyatlar Ukraynanın qələbə planının bəndlərindən biridir.

“Kursk əməliyyatı ilə Qətərdəki görüş qətiyyən əlaqəli deyil. Kursk əməliyyatı sülh düsturunun heç bir bəndi ilə bağlı deyil. Bu hərbi əməliyyatın ikinci sülh sammiti ilə əlaqəsi varmı? Bəli. Çünki Kursk əməliyyatı Ukraynanın qələbə planının bəndlərindən biridir”, – o vurğulayıb.

Eyni zamanda V.Zelenski ABŞ Prezidenti Cozef Bayden ilə bu ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində baş tuta biləcək görüşünün anonsunu verib. Ukrayna lideri Baydenə və komandasına dəstəyə görə minnətdarlığını bildirib və “çox şeyin ABŞ-dən asılı olduğunu” diqqətə çatdırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password