Avro bahalaşır: “Bu valyutanın möhkəmlənməsinə töhfə verən səbəblər…”

 

Azərbaycanda avronun manata qarşı məzənnəsində yeni rekord qeydə alınıb. Ötən gün avro-manat məzənnəsi son bir ildə ilk dəfə 1 manat 90 qəpik həddini ötüb.

İqtisadçı Emin Qəribli açıqlamasında avronun bahalaşma səbəblərindən danışıb.

O bildirir ki, dünya bazarında avronun dəyəri dollara nisbətən artır: “Bu, əlbəttə, Azəbaycanda avronun qiymətinin bahalaşmasına təsir göstərməyə bilməz. Onu da deyim ki, valyuta məzənnələrinə təsir edən mühüm amillərdən biri də geosiyasi proseslərdir. Avronun dəyərinin artmasına gətirib çıxaran faktorlara baxaq. Bu məqamlar onun digər valyutalarla müqayisədə bahalaşmasına səbəb olur.

Avro bölgəsinə daxil olan ölkələr iqtisadi cəhətdən sabit hesab olunur. Güclü iqtisadiyyat avronun möhkəmlənməsinə töhfə verir. Avropa Mərkəzi Bankı (ECB) avronun dəyərinə təsir edə biləcək faiz dərəcələri təyin edir. Yüksək faiz dərəcələri xarici investisiyaları cəlb edir, avroya tələbi və onun dəyərini artırır.

Avrozonada digər bölgələrlə müqayisədə aşağı inflyasiya dərəcələri də avronun möhkəmlənməsinə kömək edir. Avrozonada qiymətlər digər regionlara nisbətən daha yavaş artarsa, avro alıcılıq qabiliyyətini daha yaxşı saxlaya bilir”.

Ekspert qeyd edir ki, ticarət balansı, yəni ixrac idxalı üstələdikdə avro güclənir:

 

“Avrozona idxaldan çox ixrac edərsə, bu ixracı qarşılamaq üçün avroya daha çox tələbat yaranır. Avrozona daxilində siyasi sabitlik avroya inamı artıraraq, onu investorlar üçün daha cəlbedici valyutaya çevirir. Geosiyasi gərginliklər, iqtisadi böhranlar, ticarət siyasətindəki dəyişikliklər kimi hadisələr valyuta dəyərlərində dalğalanmalara səbəb olur.

Məsələn, ABŞ dolları iqtisadi narahatlıqlara görə zəifləyirsə, avro onunla müqayisədə güclənir. Bu amillər kompleks şəkildə qarşılıqlı təsir göstərə bilir və avronun digər valyutalarla müqayisədə xüsusilə bahalı görünə biləcəyi dövrlərə səbəb olur. Bu fonda Azərbaycan da avronun bahalaşması normaldır, gözləniləndir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password