Dəhlizlə bağlı son durum: Rusiya bu şərtlərlə açılmasını istəyir – Detallar açıqlandı

 

Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı məsələdə əsas məqsədi Rusiyanı bölgədən çıxarmaqdan ibarətdir. Rusiya isə 2020-ci ildə imzalanmış bəyanatın (Azərbaycan, Rusiya, Ermənistan) müddəalarının icrasını tələb edir. Ona görə də, qarşı tərəfin bundan asanlıqla imtina etmək imkanları məhduddur.

Bu sözləri Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O qeyd edib ki, bu məsələ çox ciddi şəkildə açıq qalır:

“Bunun hansı formada həllini tapacağını indidən söyləmək çətindir. Bütün bunların fonunda Ermənistan Laçınla sərhəd xəttində özü üçün hansısa bir “perspektiv” düşünməyə çalışır. Amma bu “perspektiv” çoxdan bağlanıb. Onun hər hansı bir şəkildə Azərbaycan tərəfindən məqbul sayılacağını gözləmək sadəlövlük olar”.

Partiya sədri hesab edir ki, erməni tərəfi bütün hallarda hansı vasitələr varsa, ondan istifadə etməyə çalışır:

“Məqsəd üçüncü qüvvələrin bölgəyə daxil olmasına nail olmaqdır. Bununla da Ermənistanın maraqlarını müdafiə edəcək mahiyyətdə işlər görmək niyyətləri var”.

Fazil Mustafaya görə, bu prosesdə ABŞ və Avropa Birliyi ölkələri və İran daha çox önə çıxır:

“Maraqlısı isə odur ki, ABŞ və İran Ermənistan üzərindən “qardaşlaşmış dövlət” kimi çıxış edirlər. Sanki bunlar arasında hansısa ziddiyyət yoxdur. Bu özü də düşündürücü məsələdir. Ona görə də, Azərbaycan öz xəttini, kursunu diqqətlə davam etdirməlidir. Çalışmaq lazımdır ki, bu məsələlərin həllində Azərbaycanın maraqlarına zidd hansısa nəticələr ortaya çıxmasın”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password