10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Hümbət Hüseynovla seçicilərin növbəti görüşü

 

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun YAP Binəqədi rayon təşkilatının ofisində seçicilərlə növbəti görüşü keçirildi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, bugünkü müstəqil, qüdrətli və inkişaf etmiş Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: “Məhz Ümummilli Liderin Azərbaycanın idarəçiliyinə yenidən qayıdışından sonra dövlətimiz üçün yeni dövrün başlanğıcı qoyuldu. Bu siyasi xətlə bu günədək uğurla inkişaf edir və tərəqqi yoluna qətiyyətlə addıımlayırıq. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişafımız daha da sürətlənib, tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüz tam bərpa edilib”. Sonra Vüsal müəllim deputatlığa namizəd Hümbət Hüseynov haqqında seçicilərə məlumat verdi.

Görüş iştirakçılarından İman Abdıyev, Ağabala Musayev, Rafiq Rzayev və digərləri çıxışlarında bildirdilər ki, növbədənkənar seçkilər həqiqətən də günü-gündən inkişaf edən respublikamızın həyatında mühüm rol oynayacaq. Onlar qeyd etdilər ki, yenilənəcək parlamentə seçiləcək deputatların hər biri həqiqətən də orada onların vəkili olmaqla, yerlərdəki problemlərin həllinə kömək edəcəklər. Çıxış edənlər xüsusi qeyd etdilər ki, heç bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız qarşısındakı xidmətlərini unutmamalı və bu siyasi kursun davamı üçün daim dəstək olmalıdır.

Seçkilərdə öz ailələri ilə birlikdə YAP nümayəndəsinə səs verəcəklərini qeyd edərək digər  seçiciləri də YAP-ın namizədinə səs verməyə çağırdılar

Görüşdə deputatlığa namizəd Hümbət Hüseynov çıxış edərək bildirib ki, dövlət başçısı İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regional iqtisadi layihələrin gerçəkləşməsi nəticəsində ölkəmizin iqtisadi gücü daha da artıb, bütün sahələrin inkişafına əsaslı zəmin yaranıb. Artıq Azərbaycan nefti və qazı dünyanın bir çox ölkələrinə ixrac olunmaqla ölkəmiz regionun və Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır. Bu uğurlarımız bütün sahələri əhatə edir və bu, qürurvericidir. O qeyd etdi ki, YAP bu il növbədənkanar seçkilərə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir və həqiqətən də dünya dövlətləri sırasında yeni Azərbaycanın xüsusi yeri olduğunu bildirdi. O, səsvermə hüququ olan bütün vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırdı.

Əli Vəliyev

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password