Deputatlığa namizəd Peyman Sadıqov növbəti dəfə seçicilərlə görüşüb – FOTO

 

Sentyabr ayının 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Peyman Sadıqov seçiciləri ilə görüşlərini müvəffəqiyyətlə davam etdirir.

Aktualinfo.org xəbər verir ki, Peyman Sadıqov bu dəfə seçki dairəsinə daxil olan şəhər və qəsəbə sakinləri ilə görüşüb.
Seçicilər Peyman Sadıqovu xoş münasibətlə qarşılayıb və görüş zamanı aktivlik nümayiş etdiriblər. Görüşdə ölkəmizdə gedən inkişaf prosesi, hərtərəfli islahatlar haqqında müzakirələr aparılıb, seçiciləri maraqlandıran məsələlər dinlənib və onların sualları cavablandırılıb. Peyman Sadıqov çıxış edərək qeyd edib ki, ölkədə çox böyük seçki ab-havası var: “Potensialı olan kifayət qədər deputatlığa namizəd var. İnsanlar seçkiyə getməli, səs verməlidirlər, səslərinə sahib çıxmalıdırlar. 51 saylı Şirvan seçki dairəsi mənə yaxşı tanışdır, insanları əzizdir. Çünki mən Şirvan şəhərində doğulub böyümüşəm. Mən görüşlərimə hətta narazılıq bildirənləri də dəvət edirəm, gəlin iradlarınızı bildirin, cavablandıraq… Mən bəzəkli həyat tərzi sürməkdən çox uzağam. Bunu məni tanıyanlar da yaxşı bilir. Seçicini bir dəfə aldatmaq olar, növbəti dəfə seçicinin qarşısına necə çıxmaq olar? Hansısa namizədin və ya deputatın sehirli çubuğu yoxdur ki, bütün problemləri həll etsin. Hamımız vətənə, dövlətə xidmət etməliyik. Ölkəmizin ərazi bütövlüyü uğrundan şəhid olanların ailələrinə, qazilərə diqqət göstərməliyik. Bu, borcumuzdur. Şəhid anasını öz anan hesab etmədinsə, səndən vətənə xidmət edən olmaz. Xaricdə oxuyan azərbaycanlılar ölkəyə qayıtmalı, xalqa xidmət etməlidir. Xalqın buna ehtiyacı var. Bu istiqamətdə əlimdən nə gəlirsə, edəcəm.
Görüşdə deputatlığa namizəd Peyman Sadıqov, ölkə rəhbəri tərəfindən reallaşdırılan hərtərəfli inkişaf strategiyası, aparılan genişmiqyaslı islahatlar, regionların dinamik inkişafı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin etməklə yanaşı, insanlarımızın sosial rifahının və həyat şəraitinin yüksəlməsinə xidmət edir. Peyman Sadıqov vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafının müsbət təsirlərini öz həyatında hiss edir.
Görüş zamanı namizəd seçiciləri öz platforması ilə ətraflı tanış edib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər, həmçinin deputatlığa namizəd Peyman Sadıqovun onların etimadını doğruldacağına inam ifadə ediblər və 1 Sentyabrda ona səs verəcəklərini diqqətə çatdırıblar.

Deputatlığa namizəd Peyman Sadıqov növbəti dəfə seçicilərlə görüşüb
Deputatlığa namizəd Peyman Sadıqov növbəti dəfə seçicilərlə görüşüb
Deputatlığa namizəd Peyman Sadıqov növbəti dəfə seçicilərlə görüşüb
Deputatlığa namizəd Peyman Sadıqov növbəti dəfə seçicilərlə görüşüb

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password