Bakıdan keçməklə Şimal-Cənub dəhlizi ilə yük qatarlarının yeni marşrutu təşkil olunacaq
“Rusiya Dəmir Yolları” (RDY) şirkəti Ulyanovskdan Astaraya (İran) Bakıdan keçməklə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük qatarının marşrutunu təsdiqləyib.
Bu barədə Ulyanovsk vilayətinin başçısı Aleksey Russkixin bəyanatına istinadən məlumat verib.
“Bu, Şimal-Cənub BTK-nın yeni filialına çevriləcək ilk birbaşa marşrutdur. Söhbət “Ulyanovsk-Bakı-Astara” birbaşa yük bloku qatarından gedir. Bu, “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizidir”, – deyə A.Russikix qeyd edib.
O, qeyd edib ki, bu ixrac qatarı kənd təsərrüfatı məhsulları, sənaye məhsulları, ağac emalı məhsulları daşınmaq üçün hazırlanır.
Qubernatorun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında avqustun 18-19-da Putinin Bakıya səfəri zamanı müzakirə olunub.
Russkix qeyd edib ki, dəhlizin dəmir yolu bölməsi daşıma qabiliyyətini və daşınma yüklərinin həcmini 15 milyon tondan 30 milyon tona çatdırmaq üçün modernləşdirilir. Bu saziş, onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Ulyanovsk vilayətinin təşəbbüsü ilə başlanmış “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” yeni ticarət-logistika marşrutunun inkişafı üçün böyük perspektivlər açır.
Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi 2000-ci ildən inkişaf edir. Dəhlizin bir neçə xətti var.