Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 46 faiz artıb

 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin ilk 7 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 122,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə qurumun yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir:

“İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 35 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-iyul ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 100,7 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% artım qeydə alınıb”.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 350-si qeyri-yaşayış, 1.881-i isə torpaq sahəsi üzrə olmaqla 2.231 yeni icarə müqaviləsi bağlanılıb.

“2024-cü ilin ilk 7 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 122,8 milyon manat vəsait daxil olub”, – məlumatda deyilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password