ABŞ-dan Zəngəzur həmləsi: “Əliyev güzəştə getmədi”

 

ABŞ Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq edir.

Bunu Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini şərh edən erməni hərbi ekspert Davit Camalyan deyib.

“Elə bir yerə gəlib çıxmışıq ki, Ermənistan bir subyekt kimi uzun müddətdir nə regional ölkələr, nə də böyük güc mərkəzləri tərəfindən qəbul edilir. İndi heç kim Ermənistan rəhbərliyini ciddi qəbul edə bilmir. Hazırda müxtəlif güc mərkəzlərinin maraqları və ziddiyyətləri ilə üzləşmişik”, – ekspert qeyd edib.

Zəngəzur dəhlizi məsələsinə toxunan Camalyan iddia edir ki, ABŞ cidd-cəhdlə bu yolun açılması üçün çalışır və güzəştə getməsi üçün İrəvana təzyiq edir:

 

“Gündəmdə Obrayenin açıq şəkildə danışdığı Zəngəzur məsələsi var, ağrılı kompromislərdən danışılır, amma biz bilirik ki, Azərbaycan heç bir güzəştə getməyəcək. Əliyevdən (Prezident İlham Əliyev – red.) bunu gözləmək mümkün deyil. Buna görə də Amerika güzəşti Ermənistandan gözləyir. Qərbə dəhliz lazımdır, bu elə bir kommunikasiya olmalıdır ki, ora nə Ermənistan, nə də Rusiya nəzarət etməlidir”.

Ekspert qeyd edib ki, Rusiyanı dəhlizdən kənarda qoymaq istəyən ABŞ-ın hədəfi Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən birbaşa Avropaya çıxmaqdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password