Vəkil Cavid Alıyev hüquqşünas Abdulla Əfəndizadədən nə istəyir???
Redaksiyamıza müraciət edən tanınmış hüquqşünas Abdulla Əfəndizadənin hazırda Bakı Apellyasiya Məhkəməsində davam edən məhkəmə prosesinin nə yerdə olması, ona qarşı vəkil Cavid Alıyev tərəfindən xüsusi ittiham qaydasında başlanmış məhkəmə icraatının sifarişli olub olmaması, ona qarşı qaldırılan iddianın motivləri barədə geniş açıqlamalar vermişdir. İctimai əhəmiyyət kəsb edən həmin açılamanı olduğu kimi ictimaiyyətə təqdim edirik:
“24 avqust 2023 il tarixdə dələduzluq etməsi barədə indinin özündə də xəbər portallarında: “Günün Səsi.İnfo”, “Yeni Söz”, “Təzə Xəbər”, “Yeni Xəbər”, “Tərəf.az”, “Son Xeber”, “Arqumentı.az” və digər saytlarında işıq üzü görən, onu biabır edən Aytən Mahmudovaya qarşı nə xüsusi ittiham qaydasında, nə də mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməkdən “çəkinən” Alıyev Cavidin həmin məqalələrin işıq üzü görməsindən bir gün sonra – 25 avqust 2023 il tarixdə saat 23:29 radələrində Abdulla Əfəndizadəyə məxsus facebook səhifəsində “Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi” olan məqalə işıq üzü gördükdən heç iki gün keçməmiş silinməsinə baxmayaraq indiki günə qədər Abdulla Əfəndizadədən əl çəkməmiş olması çoxlu suallar yaradır.
Onu da qeyd etmək yerinə düşər ki, Abdulla Əfəndizadə peşəkar hüquqşünas olsa da, çox təəssüflər olsun ki, texnikadan, kompüterdən və internetdən istifadə, həmçinin mətn də çap edə bilmədiyindən inandığı şəxs Camal Bağırzadəyə facebook səhifəsini açmasını, 22 avqust 2023-cü il tarixində vəkillərin kollegiyasının rəhbərliyinə xoş gəlmək üçün onu təhqir etmiş, vəkillər kollegiyasının üzvü olmuş Telman Muradlını ifşa edən məqaləni çap etməsini xahiş etmişdir. Camal Bağırzadə Muradlı Mehman barədə məqaləni verdikdən sonra Abdulla Əfəndizadənin icazəsi və xəbəri olmadan Cavid Alıyev haqda 25 avqust 2023 il tarixdə saat 23:29 radələrində Abdulla Əfəndizadəyə məxsus Abdulla Efendizade “Facebook” səhifəsində “Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi” olan məqaləni dərc etdirmişdir. Hər bir halda həmin məqalədə digər mənbələrə istinad olunduğundan, orada cinayət tərkibi olmadığı, həmin anda Camal Bağırzadənin üzərinə Vəkillərin Kollegiyasının kütləvi şəkildə getmiş olduğunu nəzərə almış Abdulla Əfəndizadə yalandan həmin məqaləni guya onun sözündən yazılmış olduğunu boynuma çəkmişdi. Hətta o vaxt bildirməmişdi ki, məqaləni Camal Bağırzadə çap edib.
Məqalənin mahiyyətinə gəlincə isə yazıda gedən dırnaq arasındakı “dələduzluğa görə” sözünü Alıyev Cavidə yox, məhz Aytən Mahmudovanın onu – yəni Alıyev Cavidi belə adlandırdığı diqqətə çatdırılmışdır. Əgər Alıyev Cavid dələduzluqda təqsirləndirilsəydi, “dələduzluğa” görə yox, “dələduzluğuna” görə qeyd edilərdi. İş materiallarının 1-ci Cild 41, 42 vərəqlərində Sabunçu r-n məhkəmənin (hakimi olmuş İmanova Nigar) 26 sentyabr 2023-cü il tarixində keçirilmiş iclasının protokoluna Abdulla Əfəndizadə tərəfdən verilən Qeydlərindən məlum olur ki, əgər Alıyev Cavid dələduzluqda təqsirləndirilsəydi məqalədə dırnaq arasında “dələduzluğa görə” yox, dələduzluğuna görə qeyd edilərdi, çünki məhkəmənin hakimi olmuş İmanova Nigara həmin deyilən söz “sərf etmədiyindən” qeyd etməmişdi (26.09.2023-cü il tarixində keçirilmiş hazırlıq iclasının repostuna baxmaqla müəyyən ediləcəkdir (1(008)-884/2023-cü saylı, 02.10.2023-cü il tarixində çıxarılmış Qərarı (Qeydləriylə əlaqədar çıxmış)).
Alıyev Cavidin tərəfindən Abdulla Əfəndizadəyə qarşı vermiş olduğu şikayətdə ətraflı olaraq məhz nəyə görə onun “Facebook” səhifəsində gedən yazıların böhtan xarakterli olmuş olduqları barədə dəqiq tələb irəli sürə bilməmişdir, bu hərəkətləri ilə 293.1.4.-293.1.7. maddələrinin tələblərini kobud surətdə pozmuş olması halını məhkəmə qəsdən diqqətdən qaçırmışdı; həmçinin vermiş olduğu şikayətin sonunda onun həbs edilmiş olmağa yönəlmiş istəyi də qanunazidd olmasına (çünki AR CPM 293.3.5. maddəsində sadəcə cinayət məsuliyyətinə cəlb edilmiş olmağa görə xahiş oluna bilər, daha hansı cəza verilmiş olması tələb oluna bilinməzdir, yəni, yalnız məhkəmə çıxışları zamanı tələb oluna bilinərdi), məhkəmənin tərəfindən qəsdən bu hala diqqət yetirilməmişdi; məhkəmənin tərəfindən də əsassız şəkildə icraata götürmüş olması AR CPM 299.3.3. maddənin tələblərini kobud surətdə pozulmuşdur; AR CM-in 147.1.-ci maddəsinin dispozisiyasında məhz yalan olduğunu bilə-bilə kütləvi informasiya vasitələrində çıxış edilməsinə görə cinayət məsuliyyətini ehtiva etdiyi halda, nə Alıyev Cavidin, nə də məhkəmənin tərəflərindən həmin məlumatların yalan olduğunu bilə-bilə yayılması sübuta yetirməmişdirlər.
Sabunçu r-n məhkəmənin tərəfindən qəsdən, bilərəkdən Bağırzadə Camal Ramazan oğlunun 15 may 2024 il tarixdə həm məhkəməyə dəftərxana vasitəsilə (iş mat. 2-ci Cild 72, 73 vərəqlərində Ərizənin əsli, 74, 75 vərəqlərində isə həmin Ərizənin kserosurəti tikilmişdirlər) təqdim etdiyi Ərizəsindən, həmçinin həm Bağırzadə Camal Ramazan oğlu, həm Amil Əliyev, həm Tofiq Niftəliyev və digərləri tərəfindən Sabunçu rayon məhkəməsinin sədiri olmuş Qasımov Vidadiyə, Məhkəmə-hüquq şurasının sədri İnam Kərimova “amilaliyev82@mail.ru” elektron poçtundan 18 may 2024 il tarixdə saat 20:58 radələrində göndərdikləri məktublarından məlum olur ki, onlar təsdiq edirlər ki, Abdulla Efendizade “Facebook” səhifəsində “Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C. Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi vardır, həmçinin “dələduzluğa görə” sözü dırnaqarası işarəsiylə verilmişdir (iş mat. 2-ci Cild, 117 vərəqdə) ərizələrinə və müraciətlərinə soyuq yanaşmış, onların ifadə verməsinə şərait yaratmamışdı, 16 may 2024-cü il tarixində keçirilmiş məhkəmə iclası protokolunda qeyd etmişdi ki, Camal Bağırzadə maraqlı olduğundan onu dindirmək olmazdı. Halbuki məhkəmənin hakimi olmuş İmanova Nigar Bağırzadə Camal Ramazan oğlunun ifadə verməsindən sonra hüquqi qiymət verə bilərdi. Tutaq ki, C.Bağırzadə maraqlıydı, Amil Əliyev, Tofiq Niftəliyev və digər şahidlər ki, maraqlı deyildilər, onların ki, Alıyev Cavidin ilə ədavətləri yox idi. Deməli, məhkəmənin hakimi olmuş İmanova Nigarın tərəfindən Alıyev Cavidin “vəkili kimi” çıxış etməyi üstün tutmuş olmuşdu. Bu hallar isə məhkəmə hakiminə yaraşan hərəkətləri deyildirlər. Həmçinin məhkəmənin hökmdə qeyd etmiş olması ki, Alıyev Cavidin barəsində dələduzluğuna, rüşvət verməsinə görə qanuni qüvvəyə minmiş hökmü olmadığından Aytən Mahmudovanın şahid qismində dindirilməsinə əsas yox idi, absurd fikirdir. Əksinə, Alıyev Cavidin barəsində dələduzluğuna, rüşvət verməsinə görə qanuni qüvvəyə minən Hökmü olarkən, həmin Hökmündə bütün detallar qeyd ediləcəyinə əsasən Aytən Mahmudovanın şahid qismində dindirilməsinə əsas olmayacaqdır. Indi isə nə qədər ki, hələ ki, Alıyev Cavidin barəsində cinayət işi yox idi, belə halda Aytən Mahmudovanın şahid qismində dindirilməsinə zərurət yaranmışdır.
İş materiallarının 2-ci Cild 126-131 vərəqlərində Abdulla Əfəndizadə tərəfdən Məhkəmə-hüquq şurasının sədri İnam Kərimova olan Ərizəyə Qoşmada təqdim etdiyi sənədlər, həmçinin 134-138 vərəqlərində hakim N.A.İmanovanın Muradlı Mehman Telman oğlnun Abdulla Əfəndizadəyə qarşı vermiş olduğu şikayətinə görə çıxardığı rədd Qərarına, 139-144-cü vərəqlərdə Muradlı Mehman Telman oğlnun yazmış olduğu şikayətinə, həmin şikayətə görə 155-160 vərəqlərində Sabunçu r-n məhkəməsinin hakimi E.H.Rəcəbovanın 1(008)-913/2023 saylı 09 oktyabr 2023 il tarixli rədd Qərarına fikir verdikdə məlum olur ki, əgər ilkin olaraq hər iki hakim Abdulla Əfəndizadəyə qarşı verilmiş xüsusi ittiham qaydasında şikayətlərin rədd edilməsində əsaslı arqumentlər gətirsələr də, Alıyev Cavidin tərəfindən ona qarşı vermiş olduğu şikayətdə əsaslandırmalar olmadığı halda məhkəmənin hakimi olmuş İmanova Nigarın tərəfindən icraata götürülmüş olunmuşdu.
Həm Alıyev Cavidin tərəfindən verilmiş şikayətdə, həm də məhkəmənin tərəfindən çıxarılmış hökmdə qeyd edilmişdi ki, guya Abdulla Əfəndizadəyə məxsus Facebook səhifədə məqalə 25.08.2023-cü il tarixində saat 22:10 radəsində işıq üzü görmüşdü. Halbuki Alıyev Cavidin özünün tərəfindən təqdim etmiş olduğu bütün variantda 25 avqust saat 23:29 göstərilir. Çünki həqiqətən də Abdulla Əfəndizadəyə məxsus facebook səhifəsində Camal Bağırzadə tərəfdən onun adından çıxarılmış məqaləsi 25 avqust 2023 il tarixdə saat 23:29 radələrində işıq üzü görməklə məhkəməyə təqdim edilən variantda çıxmışdır. Burada sual yaranır. Həm xüsusi itdihamçı olmuş Alıyev Cavidin yazmış olduğu şikayətdə hər hansı bir mötəbər sübuta istinad edilmədən məqalənin işıq üzü görməsi vaxtı saat 22:10 qeyd edilmişdi, həm də məhkəmənin hakimi olmuş İmanova Nigarın tərəfindən çıxarılmış qeyri-obyektiv hökmdə məqalənin işıq üzü görməsi vaxtı saat 22:10 qeyd edilmişdi. Yuxarıda cümlədə qeyd edildiyi kimi bu hala dair hər hansı bir mötəbər sübut yoxdur.
Sabunçu r-n məhkəmənin tərəfindən çıxarılmış hökmdə qəsdən qeyd edilmiş olması ki, Abdulla Əfəndizadə demişdi ki, Alıyev Cavidin barəsində çıxan məqalə ona paylaşım kimi gəlib, o da paylaşmışdı, düz deyildir. Məhkəmə qəsdən Abdulla Əfəndizadə tərəfdən dediklərini başqa səmtə yozmuş olmağa çalışmışdı. Necə ki, bütün məhkəmə iclaslarında, Ərizələrində, Vəsatətlərində qeyd etdiyi kimi bir daha qeyd etmişdir ki, onun (yəni, A.H.Əfəndizadənin) kompüterdən, texnikadan, internetdən istifadə etməyi, komputerdə çap etməyi bacarmadığımdan o, demək istəmişdir ki, yəni ondan əvvəl müxtəlif saytlarda və Facebook səhifələrdə, o cümlədən onun Facebook səhifəsində Alıyev Cavidin barəsində gedən məqalələrin paylaşımları olduğundan, onun Facebook səhifəsini idarə edən şəxs (yəni indi məlum olduğu kimi Camal Bağırzadə) “Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi qeyd etməklə “dələduzluğa görə” sözünü dırnaq arasında verməklə onun adımdan Facebok səhifəsində işıq üzü görməsinə rəvac vermişdir. Daha Abdulla Əfəndizadə demək istəməmişdir ki, Alıyev Cavidin barəsində məhz “Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi qeyd etməklə “dələduzluğa görə” sözünü dırnaq arasında verilmişdir, paylaşım kimi gəlib. Yəni məhkəmənin hakimi olmuş İmanova Nigarı öz ampluasını “davam etdirmiş olmağa” çalışmışdı.
Sabunçu r-n məhkəmənin tərəfindən çıxarılmış hökmün doqquzuncu vərəqinin birinci abzasında Abdulla Əfəndizadə tərəfdən AMEA Nəsimi adına Dilçilik İnstitutuna ünvanladığı Sorğusu əsasında professor İ.O.Məmmədli tərəfdən verilən cavab məktubda Abdulla Əfəndizadənin öz əməlimə haqq qazandırmağa çalışmasını, həmin mətninin həqiqiliyinin şübhə doğurduğu barədə qeydlərini etmiş olsa da, Abdulla Əfəndizadəni qanunsuz olaraq təqsirkar hesab etmiş olmağa çalışmış, bu hərəkətlərilə AR CPM 21, 125, 144, 145 maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Burada əsaslı sual yaranır. Əgər xüzusi itdihamcı olmuş Alıyev Cavidin tərəfindən təqdim edilmiş variantına məhkəmədə şübhə yoxuydusa, nəyə görə onda məhkəmə-kompüter texniki ekspertizasının keçirilməsi haqda Qərar çıxarmışdır?!?… Deməli əsaslı şübhələr olmuşdur, belə halda tutaq ki, hətta Abdulla Əfəndizadənin əməlində hər hansı bir hərəkət olmuş olsaydı da belə, AR CPM 125, 144, 145 maddələrinin tələblərinə əsasən Abdulla Əfəndizadəyə Bəraət Hökmü çıxarılmalıdır. Iş materiallarının 2-ci Cild 192-194 vərəqlərində vəkil Dilsuz Məmmədovun Müdafiə Çıxışına diqqət yetirilərkən bu hallar məlum olur.
Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova Nigarın tərəfindən çıxarılmış hökmün doqquzuncu vərəqinin ikinci abzasında qeyd etmiş olması ki, guya o Abdulla Əfəndizadəyə təklif etmiş olub ki, Facebook səhifəsini açsın baxsınlar, məhkəmə iclasına mütəxəssis dəvət edilmiş olaraq silinmiş postun bərpa edilməsinə görə tədqiq edilməsinə dair təklif irəli sürmüş olsa da Abdulla Əfəndizadə öz Facebook hesabını tamamilə sildirdiyini, həmin hesabın silinməsindən sonra üç aydan artıq müddət keçdiyindən hesabın aktiv edilməsini və silinmiş yazıların bərpa olunmasının mümkun olmadığını bildirmişdir. Abdulla Əfəndizadə və həmin iclası müşahidə edən şəxslər bildirirlər ki, bu yalan fikirdir. məhkəmənin 25 aprel və 02 may 2024-cü il tarixlərdə keçirilmiş iclasların repostlarına baxıldığı anda məlum olacaqdır ki, məhkəmənin hakimi olmuş İmanova Nigarın qanuna zidd olaraq Abdulla Əfəndizadəyə təklif etmiş olanda ki, Facebook səhifəsini açsın, hakerləri (yəni kibercinayətkarları?!?…) dəvət etsin, baxsınlar görsünlər ki, əslində necə yazılıb, Abdulla Əfəndizadə onlara bildirmişdir ki, əvvəla gizli şifrəsi yadından çıxıb, ikincisi vəkillərin koleqıyazinin rəhbərliyi hazır vəziyyətdə dayanıblar ki, o (yəni, A.H.Əfəndizadə) öz Facebook səhifəsini aktivləşdirmiş olduqdan sonra öz hakerləri vasitəsilə müdaxilə etdirmiş olsunlar, əvvəlcədən hazırlıq görmüş olduqları, özlərinə sərf etmiş olan variantda həmin mətni ora yerləşdirib onu (yəni, A.H.Əfəndizadəni) təqsirkar çıxarmış olaydılar. Hətta həmin repostdan məlum olacaqdır ki, Abdulla Əfəndizadə məhkəmənin diqqətinə bir daha çatdırır ki, 21 sentyabr 2023-cü il tarixdə o, Facebook səhifəsinə nəzər yetirmək üçün onu idarə edənlərdən birinin (bu Camal Bağırzadə deyil, başqa şəxsdir) evində olarkən onunla birlikdə Facebook səhifəsinə diqqət yetirdikdən sonra həmin şəxs mətbəxə gedib, xeyli müddət keçdikdən qayıtdıqdan sonra Facebook səhifəsinə diqqət yetirdikdə orada tanımadığı bir qadın haqqında çox nalayiq fikir bildirildiyi ilə rastlaşdıqda, Facebookunu idarə edən şəxs ona bildirib ki, gizli kodu dərhal dəyişmək lazımdır, deməli kimsə həmin kodu bilir. Həmin vaxt onun kodu Abdulla 1962 idi. Sonra həmin kodu 20 dən çox işarəsi olan koda dəyişdiriblər (indi yadından çıxıb). Bu səbəblərdən qorxur ki, əgər aktivləşmə hətta mümkün olardısa belə, yuxarıda qeyd etdiyi kimi vəkillərin koleqıyazi özlərinə sərf edən variantı oraya yerləşdirmiş olardılar. Əgər məhkəmənin hətta dediyi kimi olmuş olsaydı ki, guya mütəxəssis cəlb etmək istəmişdi, Abdulla Əfəndizadə razılaşmamışdı, əgər hakimin bu hərəkəti qanuni idisə, belə halda o Abdulla Əfəndizadənin icazəsini almadan Qərar çıxarmış olaraq mütəxəssisi dəvət edə bilərdi. Daha sonra Abdulla Əfəndizadə qeyd edir ki, fikir verilsin?!?… Məhkəmənin hakimi olmuş İmanova Nigar yenə də saxtakırlıq etməyə çalışmışdı, çünki çıxarmış olduğu hökmdə qəsdən qeyd etmək istəmirdi ki, Abdulla Əfəndizadə 16 may 2024 il tarixli iclasda birdən məhkəməyə təklif edir ki, qoy mütəxəssis dəvət edilsin, onun Facebook səhifəsi aktivləşdirilsin, əgər belə bir şey etmək mümkün idisə. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, o səbəblərdən indi razılıq verir ki, çünki artıq Alıyev Cavidə havadarlıq etmiş şəxslərin, onun himayədarlarının, onun hakerlərinin ağlına belə gəlməz ki, Abdulla Əfəndizadə bu iclasda belə bir razılıq verir. Belə halda məhkəmə Facebook səhifəsini aktivləşdirməkdən imtina etmişdir (?!?……). İş mat. 1-ci Cild 256-259 vərəqlərində A.H.Əfəndizadə tərəfdən AR Baş Prokuroruna ünvanladığı Ərizəyə, qəbz və xəbərnaməli blankına diqqət yetirdikdə məlum olur ki, Abdulla Əfəndizadəyə məxsus Facebook səhifəsinə müdaxilələrin baş verməsi ucbatından şikayətlənir. Həmçinin diqqətə çatdırır ki, facebook səhifəsinə müdaxilə ilə əlaqədar iş kibercinayətkarlığa qarşı mübarizə şöbəsində araşdırılarkən 2024 ilin fevral ayında orada ona bildiriblər ki, facebook səhifəsi tam silinəndən 3 ay – lap uzağı 4 ay ərzində Azərbaycanda ekspertiza tərəfindən yoxlanılarkən əvvəlki yazıları tam bərpa etmək olur. Sonrakı müddətlərdə mümkün deyildir. Yalnız facebook serverin yerləşdiyi ölkəyə – yəni ABŞ-a məhkəmə tapşırığı verilməklə hətta 10 il bundan əvvəl silinən yazıları tam bərpa etmək olur.
Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova Nigarın çıxarılmış hökmün səkkizinci vərəqinin ikinci abzasında qeyd etmiş olması ki, Abdulla Əfəndizadə tərəfdən “hər şey üst-üstə düşür” cümləsi yazmaqla sosial şəbəkələrdə sadəcə sual şəklində Aytən Mahmudovanın sözlərinə istinadən yazılmış xəbərlərin Abdulla Əfəndizadənin fikri ilə guya üst-üstə düşdüyünü bəyan etməklə “hər şey üst-üstə düşür” cümləsindən sonra artıq öz fikirlərini paylaşmağa başlamaqla guya tam qəti şəkildə və heç bir şübhə yeri qoymamağa cəhd edərək Alıyev Cavidin vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 (iyirmi min) manat pul alıb onu aldatdığını” bundan xəbər tutmuş vəkilərin koleqıyazinin sədiri olmuş Anar Bağırovun cavidi bu dələduzluğa görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir “fəxri hüquq doktoru” diplomu soxuşdurduğunu iddia etmişdi, həmin “mükafat”ın elə-belə verilmədiyini və ortada 20.000 (iyirmi min) manat olan yerdə hər şeyə göz yummağın mümkün olduğunu bildirmiş olmuşdu. Abdulla Əfəndizadə isə bildirir ki, təbii ki, bu absurd fikirdir. Necə ki, “hər şey üst-üstə düşür” cümləsi yazdırmaqla bildirilir ki, yəni bütün saytların – yəni “Günün Səsi.İnfo”, “Yeni Söz”, “Təzə Xəbər”, “Yeni Xəbər”, “Tərəf.az”, “Arqumentı.az” saytlarında Alıyev Cavidin barəsində Aytən Mahmudovanın şikayətində qeyd etdiyi faktlar eynilə yazılmışdır.
Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova Nigarın tərəfindən çıxarılmış hökmün yeddinci vərəqinin sonuncu yeddinci abzasında (3 işarəsilə) və səkkizinci vərəqinin əvvəlində qeyd etmiş olduğu ki, guya Abdulla Əfəndizadə nə hazırlıq iclasında, nə də məhkəməyə hazırlıq iclasıyla əlaqədar təqdim etdiyi Etirazda “Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi olan mətni təqdim etmədiyini qeyd etmiş olması bir daha obyektivlikdən uzaq olmaqla məhkəmənin hakimi olmuş İmanova Nigarın xüzusi itdihamcı olmuş Alıyev Cavidin “tərəfindən” olmuşluğundan xəbər vermiş olurdu. Çünki Abdulla Əfəndizadə bildirmişdir ki, Alıyev Cavidin tərəfindən ona qarşı vermiş olduğu şikayətini o (yəni, Abdulla Əfəndizadə) oxuduqda orada tamam məhz nəyə görə nə istədiyi ona məlum olmamışdır, digər tərəfdən əvvəlki fikirlərindəki kimi bir daha qeyd edir ki, onun texnikadan, kompüterdən, internetdən başı çıxmadığından, 07 yanvar 2023-cü il tarixindən sağ ayağının diz nayihəsində yaranmış yırtıqdan (yəni qrıjadan) əziyyət çəkdiyindən, çox gəzə bilmədiyindən, həmçinin həmin ərəfədə ASAN İmzasında problem olduğuna əsasən o, öz yaşadığı yerdən bir neçə kilometr aralıda, uzaq məsafədə yerləşən internet klublarına gedib, e-məhkəmə portalına daxil ola bilmirdi ki, Alıyev Cavidin tərəfindən şikayətinə qoşmasında hansı sənədləri vermiş olub? Apellyasiya instansiyası məhkəməsi bu 1(008)-65/2024-cü saylı işlə əlaqədar e-mehkeme portalına daxil olduqda görəcək ki, orada Alıyev Cavidin tərəfindən şikayətindən başqa yalnız üç vərəqdən ibarət özü tərəfindən təqdim etmiş olduğu variantda Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi yoxdur, ancaq həmçinin özü tərəfindən məhkəmə iclaslarında yalandan çıxış etdiyi kimi guya onun təqdim etmiş olduğu variantını “vəklin.səsi”, “Kim Mary”, “Abdulla Efendizade”, “Bextiyar Askerov” paylaşmış olmuşdular, həmin paylaşımlar orada yoxdurlar. Bu bir daha onu sübut edir ki, Alıyev Cavidin məhkəmənin hakimi olmuş İmanova Nigarla “sövdələşmə” aparmış olmağa nail olmuşdu, sonradan guya qoşmada təqdim etmiş olduğu görüntüsü yaratmaqla iş materialına əlavə edilmişdi. Çünki hazırlıq icraatında da Alıyev Cavidin tərəfindən onun təqdim etmiş olduğu məqaləni neçə nəfər şəxslərin, saytların tərəfindən oxunulmuş olması barədə bir cümlə idə olsun fikir bildirməmişdir. Yəni, Abdulla Əfəndizadə ona görə hazırlıq iclasında sonradan təqdim etdiyi mətn variantını təqdim edə bilməmişdi ki, Alıyev Cavidin nədən söhbət açdığını başa düşməmişdir. Yalnız hazırlıq iclasında bəzi məsələləri başa düşdüyündən, artıq həmin məqaləni internetdən sildirdiyindən bir aydan artıq müddət keçdiyindən, həmin mətnin variantı da Camal Bağırzadə özündə saxladığına əsasən Abdulla Əfəndizadə tam dəqiqliyi ilə məhkəmənin hazırlıq iclasında fikir bildirə bilməmişdir, məhkəmənin hazırlıq iclasından sonra onları 29 sentyabr 2023 il tarixli Ərizəmə qoşmada məhkəməyə təqdim etmişdir.
Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova Nigarın Abdulla Əfəndizadəyə qarşı qərəzli şəkildə qanunsuzluq etmiş olmasının bir səbəbi də əvvəllər dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilən, barəsində cinayət işi açılan, həmçinin həbs qəti imkan tədbiri seçilən, 35 gündən artıq istintaq təcridxanasında olduqdan, zərərçəkmişlərin pullarını qohumlarına ödətdirmiş olduqdan sonra həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz edilən Muradlı Mehman Telman oğlnun ona (yəni, Abdulla Əfəndizadəyə) qarşı vermiş olduğu xüzusi itdiham qaydasında şikayətinə görə heç bir əsas olmadan 07 noyabr 2023-cü il tarixində icrata götürmüşdü. Halbuki hazırda məhkəmənin icraatında olan Apellyasiya Şikayətində Qoşmada təqdim etdiyi məhkəmələrin tərəflərdən çıxarılan Qərarlardan yuxarıda qeyd etdikləri məlum olmuşdurlar. Baxmayaraq ki, həmin Məhkəmə Qərarlarını 07 noyabr 2023-cü il tarixində keçirilmiş hazırlıq iclasından əvvəl məhkəməyə Asan İmza ilə təqdim etmişdir, bununla belə məhkəmənin hakimi olmuş İmanova Nigarın heç bir əsas olmadan Muradlı M.T.-in şikayətini 07 noyabr 2023-cü il tarixində icrata götürmüşdü. Daha sonra iş materiallarında olan (2-ci Cild, 181, 182 vərəqlərində) AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin A.H.Əfəndizadəyə ünvanladığı 8-1-14/2-45/2024 saylı 22 fevral 2024 il tarixli Məktubundan məlum olur ki, Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova N.A.-in A.H.Əfəndizadəyə qarşı Muradlı M.T.-in şikayətinə görə 28 noyabr 2023 il tarixdə məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə dair çıxardığı qərarının icrasına görə qanunsuz olaraq, heç bir əsaslandırılmış qərarı olmadan AMEA Nəsimi adına Dilçilik İnstitutuna 1(008)-95/2024-cü saylı 17 yanvar 2024-cü il tarixində məktub göndərmiş olmuşdu ki, ekspert qismində həmin İnstitutdan məhz Qazıyeva Nəzakət Qurban qızı iştirak etmiş olaydı. AMEA Nəsimi adına Dilçilik İnstitutunun həmin məktubundan məlum olur ki, Qazıyeva N.Q.-in AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyin xəbəri və icazəsi olmadan özbaşına getmiş olmuş, və qeyri-obyektiv rəyini vermiş olmuşdu. Hətta həmin iş üzrə 17 aprel 2024-cü il tarixində keçirilmiş məhkəmənin iclasında məhkəmə ekspertiza mərkəzinin əməkdaşı ekspert Almaz Bayramova etiraf etmişdir ki, verilən rəylə razı deyil, baxmayaraq ki, məcburən imza atmış olmuşdu. Yeri gəlmişkən Almaz Bayramovadan əvvəlki ekspert İlhamə Quliyeva isə saxta rəylə razılaşmadığından, həmin rəyə imzasını qoymaqdan imtina etdiyindən onu kənarlaşdırıb Almaz Bayramova təyin edilmişdi.
Sabunçu r-n məhkəmənin və xüzuzi iddiamçı olmuş Alıyev Cavidin bildirmiş olduqları kimi guya Abdulla Əfəndizadəyə məxsus Facebook səhifəsində çıxmış mətni “vəklin.səsi” Facebook səhifəsi paylaşmış olmuşdu öz təsdiqini tapmır. Necə ki, Elekrton Təhlükəsizlik Xidmətinin Yasamal rayon məhkəməsinə göndərdiyi 3-27-01/2-65/2024 saylı 22 fevral 2024 il tarixli cavabına diqqət yetirdikdə “vəkilin.səsi” Facebook səhifəsinin olmadığı müəyyən edilir (iş mat. 2-ci Cild 185 vərəqdə). Deməli, Alıyev Cavidin təqdim etmiş olduğu variant həqiqətə uyğun deyildir, hüquqi bazası yoxdur. Abdulla Əfəndizadə məhkəmə iclasında təklif edib ki, məhkəmənin tərəfindən Yasamal rayon Məhkəməsinə iş № e-2(004)-269/2024 saylı mülki iş üzrə sorğu göndərilsin, harada vəkillərin kolleqiyazinin tərəfindən Camal Bağırzadəyə və digər şəxsə qarşı mülki qaydada iddia verilmişdir, həmin cavabın vəkilin səsi “Facebook” səhifəsi ilə əlaqədar olduğu məlum olsun, məhkəmənin tərəfindən isə bu işə aidiyyatı olmadığını bildirmiş olaraq əsassız olaraq imtina edilmişdi.
Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova Nigarın xüsusi itdihamçı olmuş Alıyev Cavidin tərəfindən çıxış etmiş olması özünü 02 may 2024-cü il tarixində keçirilmiş məhkəmənin iclasında da biruzə vermiş olmuşdu. Necə ki, protokolda qeyd edilsə də ki, Abdulla Əfəndizadə iclasda Vəsatət verir ki, həqiqəti bilmək üçün Facebook Serverin yerləşdiyi ölkəyə məhkəmə tapşırığı verilsin, müəyyən edilsin ki, o düz deyir, yoxsa Alıyev Cavidin düz demiş olmuşdu, necə ki, Facebook serverindən düzgün cavab gələcəyinə əminliyimi bildirmişdir. Harada məhkəmənin hakimi olmuş İmanova Nigarın tərəfindən Vəsatətinin rədd edilmiş olması fikrini bildirmiş olması barədə Protokolda qeydlər olsa da, protokolda qəsdən o hal da qeyd edilməmişdi ki, məhkəmənin hakimi olmuş İmanova Nigarın A.H.Əfəndizadənin verdiyi Vəsatətinin təmin edilməmiş saxlanılmış olması barədə fikrini belə izah edir ki, onun həmin məqaləsi çıxdığı gündən 8 (səkkiz) aydan artıq vaxt keçmiş olduğu, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məsuliyyət üçün cəlb etmə müddətinin 1 il olduğunu nəzərə almış olaraq Vəsatətini təmin etməmişdi. Daha sonra protokolda o hal da qəsdən öz əksini tapmamışdı ki, məhkəmənin hakimi olmuş İmanova Nigarın bu sözlərindən sonra Abdulla Əfəndizadə ona Etirazla bildirir ki, deməli o (yəni məhkəmənin hakimi olmuş İmanova Nigar) ona qarşı itiham hökmün çıxarılmış olmasında maraqlıydı. Eyni zamanda məhkəmənin hakimi olmuş İmanova Nigarın diqqətinə çatdırır ki, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məsuliyyət üçün cəlb etmə müddətinin 1 il yox, 2 il idi. Bütün bunlar məhkəmə REPOSTUNDA olsalar da, bu hallar məhkəmənin hakimi olmuş İmanova Nigara “sərf etmədiyinə” görə A.H.Əfəndizadə tərəfdən verilən Qeydləriylə əlaqədar min cür bəhanələr gətirib onları rədd etmişdi (Apellyasiya məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Prezident Administrasiyası Sabunçu r-n məhkəmənin bütün iclaslarının Repostlarına baxış keçirib, müəyyən etməklə həqiqəti öyrənəcəkdirlər).
Alıyev Cavidin Abdulla Əfəndizadəyə qarşı xüzusi itdiham qaydasında vermiş olduğu şikayəti icrata götürülmüş olduğundan sonra Bağırzadə Camal Ramazan oğluna qarşı da Yasamal r-n məhkəməyə xüzuzi itdiham qaydasında şikayətini vermiş olmuşdu, eyni zamanda Abdulla Əfəndizadəyə qarşı Sabunçu r-n məhkəmənin (hakimi olmuş İmanova Nigarın) iş №1(008)-884/2023-cü saylı 26 sentyabr 2023-cü il tarixində çıxarılmış qərarının surəti də həmin məhkəməyə təqdim etmiş olunmuşdu, bununla məhkəməyə təzyiq etmiş, C.R.Bağırzadəyə qarşı da cinayət işini (iş № 1(004)-41/2024-cü saylı, hakimi olmuş Rauf Daşdəmirov) açdırılmış olmasına nail olunmuşdu. Hətta həmin iş üzrə Yasamal Rayon Məhkəməsinə “vəklin.səsi” Facebook səhifəsini daşımış naməlum şəxslərin tərəfindən 2024-cü ilin 3 may tarixində təkzib daxil olsa da ki, Alıyev Cavidin barəsində Camal Bağırzadənin tərəfindən “vəklin.səsi” Facebook səhifəsi yox, onların təsisçisi olduğu “vəklin.səsi” Facebook səhifəsi Alıyev Cavidin barəsində məlumat dərc edib, bu səbəbə görə üzrxahlıq edirlər, bununla belə Alıyev Cavid Yasamal Rayon Məhkəmədə Camal Bağırzadənin mütləq, şəxsən təkzib verməsini etmişdi. Hələ bu azmış kimi Abdulla Əfəndizadəyə qarşı vermiş olduğu şikayətinə görə Sabunçu r-n məhkəmədə (hakimi olmuş İmanova Nigar) 16 may 2024-cü il tarixində keçirilmiş iclasında Abdulla Əfəndizadəyə xitabən çox özündən razılıqla, təkəbbürlə: “nə istəyirsə etsin, o da (yəni, A.H.Əfəndizadə), Camal Bağırzadə də əllərindən gələnləri beş qaba çəkmiş olaydılar”. Lakin elə ki, Camal Bağırzadə Aytən Mahmudovanın Alıyev Cavidin onu 20.000 (iyirmi min) manat aldatması, ona qarşı dələduzluq etməsi haqda 25 (iyirmi beş) dəqiqədən artıq intervyu verdiyi səs yazılarını prokurorluğa təqdim edən kimi Alıyev Cavid həmin təkəbbürlü sözlərinin üstündən heç 6 (altı) gün keçməmiş 22 may 2024-cü il tarixində səhər tezdən Yasamal Rayon Məhkəməsinin elektron məhkəmə portalına Camal Bağırzadəyə qarşı vermiş olduğu şikayətdən imtina etdiyi barədə ərizəsini yerləşdirmişdi, həmçinin məhkəmə iclasına da gəlib Camal Bağırzadəni xahişlə çağırtdırmışdı ki, onunla “sövdələşmə bağlayaydı” ki, Camal Bağırzadə kənara çəkiləydi, səs yazılarını da heç yerə göndərməyəydi. Camal Bağırzadə Abdulla Əfəndizadəyə bildirib ki, Alıyev Cavidin ondan xahiş etmiş olanda ki, onun (yəni, Alıyev Cavidin) barəsində heç yerdə çıxış etməsin, Camal Bağırzadə də ona söz vermişdi ki, onun (yəni, Alıyev Cavidin) barəsində çıxış etməsə də, şərt kəsmişdir ki, vəkilərin koleqıyazinin sədri olmuş Anar Bağırovun barəsində dayanmadan çıxış edəcəkdir, harada Alıyev Cavidin razılığını bildirmişdir. Həqiqətən də Camal Bağırzadə əvvəlki vaxtlarda olduğu kimi indi də xüsusilə 22 may 2024 il tarixdən daha da gücləndirilmiş rejimdə Anar Bağırovun barəsində kəskin çıxışlarını davam etdirir”.
Camal Bağırzadənin Abdulla Əfəndizadəyə dediyindən belə məlum olur ki, Alıyev Cavid ondan (yəni, Camal Bağırzadədən) acizanə şəkildə xahiş etmişdir ki, Abdulla Əfəndizadəyə qarşı vermiş olduğu şikayətinə görə məhkəmə iclaslarına gəlməyəydi. C.Bağırzadə isə ona bildirib ki, məhkəmə çağırdığı halda o getməlidir. Belə halda Alıyev Cavid ona bildirmiş olub ki, qorxmasın məhkəməyə tapşırıblar, onu və digərləri çağırılmamalıydılar. Hətta Abdulla Əfəndizadə tərəfdən Sabunçu r-n məhkəməyə 07 iyun 2024-cü il tarixdə ünvanladığı Təkrar Ərizəyə (iş mat. 186-191 vərəqlərində) diqqət yetirildikdə Alıyev Cavidin Camal Bağırzadədən xahişləri barədə qeydlər vardır. Hətta bütün bunlara baxmayaraq Alıyev Cavid Yasamal r-n məhkəmənin (hakim olmuş Rauf Daşdəmirov) iş № 1(004)-41/2024 saylı 22 may 2024-cü il tarixdə çıxarılmış qərardan şikayət belə verməmişdi. Bu bir daha onu göstərir ki, Alıyev Cavidi baxmayaraq ki, Abdulla Əfəndizadənin adından çıxarılmış məqalədə onu dələduz kimi yox, Aytən Mahmudovanın onu dələduz kimi qələmə verdiyi barədə fikir bildirilmişdir, bununla belə Alıyev Cavidin bu hərəkətlərindən sonra onun Aytən Mahmudovaya qarşı etdiyi hərəkətlər çoxlu haqlı suallar doğurur.
Camal Bağırzadə onu da Abdulla Əfəndizadəyə bildirib ki, o (yəni Camal Bağırzadə) Alıyev Cavidin Aytən Mahmudovanı aldadıb, 20.000 (iyirmi min) manat pulunu aldığına dair Aytən Mahmudovanın səs yazılarını Yasamal Rayon Prokurorluğuna Alıyev Cavidin barəsində araşdırma aparılmaqla cinayət işinin başlanılmasına dair tələblə rəsmi şəkildə Ərizəsi ilə müraciət etdikdən sonra Yasamal Rayon Prokurorluğunun Yusif adlı müstəntiqi olmuş şəxs ona (yəni Camal Bağırzadəyə) bildirmişdir ki, Alıyev Cavidin 2023-cü ilin noyabr ayında vermiş olduğu ərizəsinə görə Aytən Mahmudovanı da çağırmışdı. Alıyev Cavidə qarşı həmin işdə cinayət işinin başlanmasına maneçilik törətmiş şəxs Həsrət Pirməmmədov olub. Həmin Yusif adlı müstəntiq Camal Bağirzadəyə bildirib ki, Həsrət Pirməmmədov deyib ki, Alıyev Cavid onun bacısı oğlu idi. Daha sonra həmin Yusif adlı müstəntiq Camal Bağirzadədən xahiş edib ki, səs-küy salmasın, Alıyev Cavidi çağırıb, ona xəbərdarlıq edəcək, o (yəni Alıyev Cavid) da ona (yəni Camal Bağırzadəyə) qarşı vermiş olduğu şikayətini geri götürəcək. Həqiqətən də yuxarıda qeyd edildiyi kimi Camal Bağırzadə Prokurorluğa ərizəsini təqdim edən kimi, həmin ərizəsinin surətini 1(004)-41/2024-cü saylı iş üzrə e-mehkeme portalına Asan İmzası ilə yerləşdirən kimi Alıyev Cavidin tərəfindən dərhal şikayətindən imtina etdiyi barədə ərizəsini e-mehkeme portalına yerləşdirmiş olmuşdu.
Məhkəmə kompüter-texniki ekspertizasının Eksperti Altay Əsədovun 3-16-16/2-5/312/2024 saylı 04 aprel 2024 il tarixdə verdiyi Rəyindən də məlum olur ki, nə Abdulla Əfəndizadə tərəfdən təqdim etdiyi variant, nə də xüzusi itdihamcı olmuş Alıyev Cavidin tərəfindən təqdim etmiş olduğu variantın mötəbərliyi isbat olunmur.
Alıyev Cavidin tərəfindən verilmiş mülki iddiasının tamamilə rədd edilməsi, tam obyektivdir. Necə ki, xüzusi itdihamcı, mulku ıddaci olmuş Alıyev Cavidin nə mülki iddia ərizəsində, nə də məhkəmədə çıxışları zamanı məhz ona nəyə görə, hansı miqdarda və şəraitdə mənəvi zərərin, həmçinin işguzar nüfuzuna hansı zərərin dəymiş olduğu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən mulku ıddasi da Mülki Prosessual Qanunveriliciyə uyğun verilməmişdir. Belə ki, təqzib vermiş olmağa, üzrxalqlıq etmək iddiası qiymətləndirilməyən iddia növünə aid olduqları üçün dövlət rüsumu 100 (yüz) manat ödənilməli idi. Lakin o yalnız vurulmuş ziyana görə 1000 (min) manat üçün 30 (otuz) manat ödəmişdir. Deməli, mulku ıddasi hissəsi ümumiyyətlə rədd edilməlidir. Çünki Mülki Prosessual Məcəlləyə əsasən dövlət rüsumu yalnız Birinci İnstansiya məhkəməsində iddia verilən anda təqdim edilməlidir. Əgər məhkəmə müəyyən vaxt verərsə ki, dövlət rüsumu tam ödənilsin, həmin vaxta qədər dövlət rüsumunun miqdarı tam ödənilmədiyi halda, rədd edilməlidir. Tutaq ki, həmin vaxta qədər ödənilməli idi, ödəyə bilməmişdisə belə əks halda qərar çıxana qədər tam ödənilməli olduğu halda bu hala riayət edilməmişdir. Nə Alıyev Cavidin, nə də məhkəmənin hakimi olmuş İmanova Nigarın tərəflərindən bu hala diqqət yetirməmiş, hüquqi qiymət verməmişdi. Abdulla Əfəndizadə tərəfdən verilən Apellyasiya Şikayətinin Əlavəsindəki Qoşmada təqdim etdiyi məhkəmə qərardadlarından məlum olur ki, vəkilərin koleqıyazinin Abdulla Əfəndizadəyə qarşı “şərəf və ləyaqətini ləkələmiş və onu nüfuzdan salmış məlumatlarını həqiqətə uyğun olmamış olmasına görə kütləvi informasiya vasitəsində təqzib vermiş olması və məlumatlarını yaymış olmasına görə üzr istənilmiş olması, işgüzar nüfuza vurulmuş ziyanın ödənilmiş olması” ıddasına görə Abdulla Əfəndizadə tərəfdən verilən Qarşılıqlı İddia Ərizəsi icraata götürülməmiş olması səbəblərindən biri də onun (yəni, A.H.Əfəndizadənin) tərəfdən dövlət rüsumunun 100 (yüz) manat ödənilməməsi idi. Halbuki Abdulla Əfəndizadə Qarşılıqlı İddia Ərizəsində iddiaçıdan məhz ona vurulmuş maddi və mənəvi ziyanlara görə 7.850 (yeddi min səkkiz yüz əlli) manat üçün 98,5 (doxsan səkkiz) manat əlli qəpik ödəmişdir. Sabunçu r-n məhkəmənin (hakimi olmuş Çəpərli Niluvərin) iş № e-2(008)-7065/2023-cü saylı 14 dekabr 2023-cü il tarixində çıxarılmış qərardadın ikinci vərəqinin səkkizinci abzasından, Bakı Apellyasiya Məhkəmənin (sədrlik etmiş Sarıyev X.Ə.-in) iş № e-2(103)-1682/2024-cü saylı 09 fevral 2024-cü il tarixində çıxarılmış qərardadın ikinci vərəqinin doqquzuncu abzasından məlum olur ki, qiymətləndirilməyən iddialar üzrə dövlət rüsumu 100 (yüz) manat ödənilməlidir.
Digər tərəfdən bu məqalənin əvvəlində qeyd edildiyi kimi Alıyev Cavidin onu dələduz kimi adlandıran, ondan hər yerə şikayət edən Aytən Mahmudovaya qarşı nə xüsusi ittiham qaydasında şikayətini, nə də mülki mühakimə icraatı qaydasında Aytən Mahmudovanın yaydığı məlumatlarını təkzib etməsi, üzr istəməsi, Aytən Mahmudovadan mənəvi ziyana görə pul istəməsi iddiası ilə də məhkəməyə müraciət etməmişdir. İndi necə bilmək olar, əgər Alıyev Cavidin “həqiqətən” də ziyan çəkmiş olmuşdusa da belə, Abdulla Əfəndizadəyə məxsus Facebook səhifəsində işıq üzü görən məqaləyə görə (onun “Facebook” səhifəsindən isə 27 avqust 2023-cü il tarixdə tam silinmişdir), yoxsa Aytən Mahmudovanın çoxsaylı saytlarda “Facebook” səhifələrində hal-hazırda da mövcud olan məqalələrinə görə ziyan çəkmişdir?!?…
Abdulla Əfəndizadə vurulmuş ziyana görə diqqətə çatdırmaq istəyir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).
Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət şəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müüəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.
Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
Yuxarıda qeyd edildiyi kimi, Alıyev Caviddə isə bu halların heç biri yoxdur.
Abdulla Əfəndizadə tərəfdən verilən Apellyasiya Şikayətinin Əlavəsindən məlum olur ki, əslində Facebook səhifəsini ilk – yəni 29 avqust 2024 il tarixinə qədər işlədən Camal Bağırzadə olmuşdur. Alıyev Cavidin barəsində məqalənin çıxmış olması onun icazəsi və xəbəri olmadan baş vermişdi. Sadəcə Abdulla Əfəndizadəyə 27-ci polis bölməsindən zəng vurulduqda ki, bölməyə gəlsin, lakin nəyə görə çağırdıqlarını demək istəmədiklərindən o da (yəni, Abdulla Əfəndizadə) getməyəcəyini bildirdiyindən, onun israrlı tələbindən sonra yalnız hansısa vəkilə görə çağrıldığını bildiriləndə, o da Camal Bağırzadəyə zəng vuranda bildirəndə ki, Muradlı Mehman və Alıyev Cavidin barələrində yazılar gedib, o (yəni, Abdulla Əfəndizadə) Muradlı Mehman ilə əlaqədar məqalənin çıxmasına narazılıq etməmişdir, necə ki, belə bir məqalənin çıxmasını özü xahiş etməklə, mətni telefonla qismən diqtə etmişdir. Lakin Alıyev Cavidin barəsində onun icazəsi və xəbəri olmadan məqalənin çıxmış olmasına bərk etirazla təpki göstərmişdir, necə ki, Alıyev Cavidlə 2014 ildən tanışdırlar, isti münasibətləri olmuşdur, bir-birilərinə hörmətlə yanaşırlar.
Abdulla Əfəndizadə bildirir ki, indi də heç bu məsələnin üstünü açmazdı, necə ki, onun icazəsi və xəbəri olmadan C.Bağırzadə tərəfdən məqalə dərc edilmiş olsa da belə digər ölkə saytlarından götürülməklə, durğu işarələrilə verildiyinə əsasən orada cinayətin tərkibi belə olmadığı üçün Camal Bağırzadənin xahişi ilə yalandan boynuna çəkmişdi. Lakin çox təəssüf edir ki, Bağırzadə Camal Ramazan oğlu Alıyev Cavidlə hansısa razılaşma əldə etmiş olaraq, Alıyev Cavidin ifşa olunmasını əks edən audio-video materialları, sübutları təqdim etməkdən yayınmış olduğundan, əvvəlki kimi fəal hərəkət etməkdən qaçmış olduğu üçün məcbur olub həqiqəti söyləyir. Ancaq Abdulla Əfəndizadə bir halı bir daha vurğulamaq istəyir ki, həqiqətən də ona 27-ci polis bölməsindən zəng gəldikdən sonra digər Facebook səhifəsini işlədəcək şəxsin (həmin şəxs 29 avqust 2023 il tarixdən sonra 23 sentyabr 2023 il tarixinə qədər işlətmişdir) evinə getmişdir, həmin günü internet çox zəif işlədiyindən, sabahısı günü səhər Camal Bağırzadə ilə WahtSap zəngi ilə danışdıqdan sonra harada Camal Bağırzadə Abdulla Əfəndizadəyə bildirib ki, Aliyev Cavidin barəsində gedən məqaləni silib, lakin onda elə ilk günü – yəni 25 avqust 2023 il tarixdə çıxan vaxtı həmin məqalənin rəngli skrinşotunu çıxarıb, özündə saxlamışdır. 29 avqust 2023 il tarixdə görüşdükdə göstərəcəkdir. Həqiqətən də 29 avqust 2023 il tarixdə 27-ci polis bölməsinə getmək üçün Salyan kazarması deyilən yerdə Abdulla Əfəndizadə ilə C.Bağırzadə görüşdükdə həmin məqaləni ona göstərmişdir. Həmin məqalədə Abdulla Əfəndizadə tərəfdən qeyd etdikləri öz əkslərini tapmışdırlar.
Abdulla Əfəndizadə Apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırır ki, çıxarılmış hökmdə öz əməllərinə “haqq qazandırmağın yolunu seçmiş” məhkəmənin hakimi olmuş İmanova Nigarın özü əslində qeyri-obyektiv hökmün çıxarılmış olmasını bilir. Belə ki, Abdulla Əfəndizadəyə məlum olmuşdur ki, məhkəmənin hakimi olmuş İmanova Nigarın 25 aprel 2024-cü il tarixində keçirilmiş olacaq məhkəmənin iclasından əvvəl xüsusi itdihamcı olmuş Alıyev Cavidə bildirmişdir ki, Cinayət Prosessual Qanunvericiliyə əsasən Abdulla Əfəndizadənin əməllərində həm cinayət tərkibi yoxdur, həm də heç bir sübut yoxdur. Bu səbəblərdən Abdulla Əfəndizadəyə Bəraət Hökmü verilməlidir. Əgər o (yəni məhkəmənin hakimi olmuş İmanova Nigar) itiham hökmnü çıxarmış olsa, Apellyasiya Məhkəməsinin tərəfdən ləğv ediləcəkdir. Alıyev Cavidsə ona deyib ki, qorxmasın. Bu nə deməkdir?!?… Bütün bunları üzə çıxarmaq üçün Apellyasiya Məhkəməsinin tərəfdən Qərar çıxarılmaqla 25 aprel 2024-cü il tarixində Sabunçu r-n məhkəmənin 9-cu zalının audio-video yazısını (Abdulla Əfəndizadə məhkəmə iclasının repostunu demir, çünki iclas vaxtı belə söhbət ola bilməzdi) tələb edib, gətirdikdən sonra həmin audio-video yazısına baxış keçiriləndə yuxarıda qeyd etdikləri məlum olacaqdırlar. Abdulla Əfəndizadəyə onu da bildiriblər ki, demə Sabunçu r-n məhkəmədə nəinki iclas zallarının, hətta dəhlizdə belə audio-video yazı fasiləsiz olmaqla aparılır. Həmin audio-video yazılar ən azı 6 aydan artıq müddətdə saxlanılır. Deməli, hələ 25 oktyabr 2024 il tarixinə qədər vaxt var, lakin bu hal tezləşdirilməlidir.
Abdulla Əfəndizadə Apellyasiya İnstansiyası Məhkəməsinin diqqətinə onu da çatdırır ki, nə qədər qanunsuz da olsa belə hər halda o təqsirkar olmuş şəxs qismində cəlb edilmişdi. Yəni o, hər hansı bir halın məqamı gələndə sübut olunması üçün əvvəldən nəsə bir fikir bildirməyə, söz deməyə də bilər, hətta yeri gəlsə işin obyektiv həll olunması üçün müəyyən anlarda yalan da danışa bilər. Elə bu səbəblərdən o bəzi halları əvvəlcədən danışmamışdı. Məsələn qeyd etməmişdi ki, “Facebook” səhifəmi idarə edənlərdən biri də Camal Bağırzadə olub, həmçinin Alıyev Cavidin barəsində onun icazəsi və xəbəri olmadan məqalənin dərc olunmasını təşkil edib. Çünki Alıyev Cavid elə ilk günlərdən ona (yəni, Abdulla Əfəndizadəyə) təklif etmiş olurdu ki, məhkəmədə bildirsin ki, məqaləni əslində Camal Bağırzadə yazıb. Fikir verin ilk vaxtlarda Abdulla Əfəndizadə heç bildirmirdi ki, 26 avqust 2023-cü il tarixdə ona 27-ci polis bölməsindən zəng gələndə ki, bölməyə gəlsin, izahat versin. Harada o soruşanda ki, nəyə görə bildirmək istəməmişdirlər, çoxlu israrından sonra sadəcə demişdilər ki, hansısa vəkil barədə məqalə yazmaqla onu hədələmişdi, o da “Facebook” səhifəsini işlədən şəxsə zəng vurduqdan sonra məlum olub ki, Muradlı Mehman və Alıyev Cavidin barəsində məqalələr işıq üzü görüblər, Camal Bağırzadə də ona bildirəndə ki, yəqin Alıyev Cavidin şikayətinə görə çağırmışdılar, Camal Bağırzadə həmin məqalənin skrinşotunu demə elə ilk gün çap edilən vaxt çıxarıb, özündə saxlayıb, həmin variantı-yəni Ehtiyyatlı Olun!Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi var, həmçinin “dələduzluğa görə” sözləri dırnaq arasında yazılmışdır, onu özü ilə 27-ci polis bölməsinə gətirmişdir. 27-ci polis bölməsində məlum olmuşdu ki, demə Alıyev Cavidin yox, Mehman Muradlının şikayətinə görə Abdulla Əfəndizadə bölməyə çağırılmışdı. Hətta Abdulla Əfəndizadə Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova Nigara təklif edib ki, onda qərar çıxarmaqla “Azercell” şəbəkəsindən 29 avqust 2023-cü il tarixdə onunla Camal Bağırzadəyə məxsus mobil telefonlarının anten məlumatlarını götürdükdən sonra məlum olacaqdır ki, həqiqətən də o Camal Bağırzadə ilə həm 25 avqust 2023-cü il tarixdə saat 21:00-dan sonra bir neçə dəfə danışmışdır, 26 avqust 2023-cü il tarixdə danışıblar, xüsusən də 29 avqust 2023-cü il tarixdə həm telefonla danışmaqla, həm də Salyan kazarması deyilən yerdə Camal Bağırzadə ilə görüşüb, 27-ci polis bölməsinə gediblər, təxminən 2 saatdan bir az artıq orada olduqdan sonra birlikdə Həsən Əliyev küçəsi ilə keçmiş Tbilisi (indiki Moskva) prospektinin kəsişdiyi yerə qədər qayıdıblar. Sadəcə Camal Bağırzadə Abdulla Əfəndizadənin adından getmiş belə bir məqalə haqqında bir neçə adama-xüsusən də Abdulla Əfəndizadə ilə düşmən münasibətdə olan bir alçaq adama məlumat verməklə görünür həmin skrinşotun surətini ona vermişdi, həmin vicdansız şəxs də özünü vəkillərin kollegiyasının rəhbərliyinin qarşısında guya onlara “xoş münasibəti” bəsləmiş olduğu görüntüsü yaratmağa çalışmış olduğundan həmin məqalənin skrinşotunun kserekopiyasını onlara təqdim etmişdir. Vəkilərin koleqiyazi də çox “götür-qoy etmiş” olduğundan sonra görəndə ki, Abdulla Əfəndizadə artıq həmin məqaləni səhifəsindən sildirmişdir, özlərinə sərf edən variantda, yəni Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında – “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsini yox etmişdilər, həmçinin “dələduzluğa görə” sözlərində olan dırnaq işarəsini ya bilərəkdən, ya da kserekopiyada zəif düşdüyündən bilmədən həmin variantda düzəltdirmiş olaraq məhkəməyə təqdim etmişdilər. Fikir verin Alıyev Cavidin tərəfindən iddia edilmişdi ki, guya sözügedən məqaləni 20 sentyabr 2023-cü il tarixində çıxarmışdı. Əgər həqiqətən də o həmin məqaləni 20 sentyabr 2023-cü il tarixində çıxarmışdısa, həmin məqalənin səhifəsində həm ilk olaraq çapa getdiyi gün və saat, həm də həmin məqlənin çıxarıldığı gün və saat, və yaxud neçə gün əvvəl çap olunduğu qeyd edilməli olunduğu halda belə bir qeydlər yoxdurlar. Deməli, Alıyev Cavidin özü səmimi danışmır, Abdulla Əfəndizadə tərəfdən qeyd edildiyi kimi rəhbərliyinin ona vermiş olduğu “göstərişi yerinə yetirməyə” çalışmışdı.
Təbii ki, Apellyasiya Məhkəmə İnstansiyası Apellyasiya Şikayətində qeyd edilən Camal Bağırzadəni və digər şəxsləri şahid qismində çağırmalı, əgər onlar kimlərinsə birbaşa və ya dolayısı təzyiqlərə görə gəlmək istəməmiş olduqları halda onlar məcburi gətirilməli, Aytən Mahmudovanın Alıyev Cavidin dələduzluğu barəsində dedikləri ilə əlaqədar həm səs yazıları dinlənilməli, həm də Aytən Mahmudovanın özü də şahid qismində dindirilməlidirlər. Əgər Camal Bağırzadə etiraf etmək istəməzsə, onunla Abdulla Əfəndizadə arasında olan çoxsaylı telefon danışıqları, SMS-ləri “Azərsell” Mobil Telefon Şəbəkəsindən məhkəmənin çıxardığı Qərarla tələb edilib gətirilməli, Camal Bağırzadə yalan ifadə verdiyi üçün, həmçinin Prokurorluğa bilə-bilə yalandan xəbərçilik etdiyi üçün AR CM-nin 295 və 296 maddələrinə əsasən barəsində Cinayət işlərin başlanmalarına dair Xüsusi Qərar çıxarılmaqla AR Baş Prokurorluğuna göndərilməlidir.
Çox təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə tərkibi (sədrlik etmiş Əliyev Emin, tərkib üzvləri: Mehdiyev Emin və Əyyubov Fərid) 1(103)-1641/2024 saylı iş üzrə tam məhkəmə istintaqı aparmaqdansa hətta qismən məhkəmə isstintaqı aparılmasından belə imtina etmiş olması gələcəkdə çıxarılacaq qərarın obyektivliyinə əsaslı şübhələr yaratmışdı.
Siz bir baxın!?!… Göründüyü kimi Abdulla Əfəndizadə tərəfdən verilən əksər haqlı Vəsatətləri heç bir əsas olmadan təmin edilməmişdilər. Ən əsası isə əgər Abdulla Əfəndizadə Apellyasiya Şikayətində bildirir ki, Alıyev Cavidin barəsində məqalənin çıxmasından onun xəbəri olmayıb, bütün bunları Camal Bağırzadə onun icazəsi və xəbəri olmadan ondan gizli şəkildə çap edib, təkcə elə bu halla əlaqədar tam məhkəmə istintaqının aparılmasına əsaslı zərurət yaranmasına baxmayaraq məhkəmənin tərkibini nədənsə bu hal “maraqlandırmamışdı” .
Abdulla Əfəndizadə heç yerdə işləmədiyinə, imkanı olmadığına görə dövlət hesabına vəkil tələb etmişdir. vəkilərin kolegiyası isə “universam” vəkil bürosundan vəkil Vəliyev Nicat Mahir oğlunu təyin etmişdi. Abdulla Əfəndizadənin bildirdiyinə əsasən vəkil Nicat Vəliyev isə könülsüz işə başlamışdı, hətta bu günə qədər iş materiallarından yalnız 3-cü cildlə tanış olmuşdu. 3-cü cild isə heç 100 vərəqdən ibarət deyildir, necə ki, 3-cü cilddə A.H.Əfəndizadə tərəfdən verilən Apellyasiya Şikayəti, Apellyasiya Şikayətinə Əlavəsi, Sabunçu r-n məhkəmənin sədirinin Apellaysiya İnstansiyasına məktubu, Apellyasiya İnstansiyası Məhkəməsinin məhkəmə tərkibinin protokolları vardırlar. Əsas materiallar və sənədlər 1-ci və 2-ci Cildlərdədirlər. Abdulla Əfəndizadənin vəkil Nicat Vəliyevdən digər narazılığı isə verilən və verilməli olan Sorğularla əlaqədardır. Belə ki, vəkil Nicat Vəliyev 09 iyul 2024-cü il tarixindən vəkil kimi təyin olunmasına, özünün tərəfindən də həmin tarixdə 1(103)-1641/2024 saylı iş üzrə e-mehkeme portalına vəkil orderini də yerləşdirməsinə, A.H.Əfəndizadə tərəfdən ona sorğular göndərilməsi ilə əlaqədar edilən zənglərinə, A.H.Əfəndizadə tərəfdən sorğuların mətnləri vəkil Nicat Vəliyevin elektron poçtuna 10 iyul 2024 il tarixdə göndərilməsinə baxmayaraq, vəkil Nicat Vəliyev yalnız 15 iyul 2024 il tarixdə məhkəmənin ilkin baxış iclasına gəldikdə gətirmişdir. Həmin sorğulardan ikisi: Yasamal Rayon Məhkəməsinə və Yasamal Rayon Polis İdarəsinə 15 iyul 2024 il tarixdə A.H.Əfəndizadə tərəfdən çatdırılmışdır. Yasamal Rayon Prokurorluğu isə surətinə imza atmaq istəmədiyindən A.H.Əfəndizadə Yasamal Rayon Prokurorluğuna olan sorğunu prokurorluğa xidmət göstərən poçt şöbəsi vasitəsilə sifarişi-xəbərnaməni məktubla 16 iyul 2024 il tarixdə çatdırmışdır. Yasamal Rayon Prokurorluğundan bəhanə gətirildiyindən ki, guya sorğunun mahiyyətini başa düşmədiklərindən Camal Bağırzadənin Aytən Mahmudovanın Alıyev Cavidin tərəfindən aldadılması haqda Ərizəsinin surətini yox, sadəcə Alıyev Cavidə qarşı Aytən Mahmudovanın ərizəsinin daxil olmadığı barədə cavab göndəriblər. Eybi yoxdur, qoy təkrar vəkil sorğusu gəlsin, sorğuda qeyd edilsin ki, Camal Bağırzadənin cari ilin 15 may – 19 may arası Yasamal Rayon Prokurorluğuna daxil olan Ərizəsinin surətini tələb edilsin, onlar (yəni, Yasamal Rayon Prokurorluğu) da həmin Ərizənin təsdiq edilən surətini göndərər. Eyni zamanda Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirov) 1(004)-41/2024-cü saylı 19 iyul 2024-cü il tarixində hazırlanmış məktubu və ona qoşmada Alıyev Cavidin Camal Bağırzadəyə qarşı vermiş olduğu şikayətinə görə Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirovun) 1(004)-41/2024-cü saylı 22 may 2024-cü il tarixində çıxarılmış qərarı təqdim edilmişdir. Vəkil sorğusunda qeyd edilən – yəni, Camal Bağırzadənin Yasamal Rayon Prokurorluğuna və Yasamal Rayon Polis İdarəsinə Alıyev Cavidin Aytən Mahmudovanı aldatmasına dair verdiyi Ərizəsinin surəti – hansını ki, Camal Bağırzadə Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirov) 1(004)-41/2024-cü saylı iş üzrə e-mehkeme portalına ASAN İmzası ilə yerləşdirmişdir, onu verməkdən incə şəkildə imtina edilmişdir – məktubda qeyd edilmişdi ki, Camal Bağırzadənin həmin ərizələrinin surətlərini Yasamal Rayon Prokurorluğundan və polisindən alınmasını “məsləhət bilmiş” olmuşdular. Abdulla Əfəndizadə vəkil Nicat Vəliyevə dəfələrlə müraciət etsə də, təkrar sorğuların mətnlərini öz elektron poçtundan vəkil Nicat Vəliyevin elektron poçtuna göndərməsinə baxmayaraq, vəkil Nicat Vəliyev təkrar sorğuları göndərməkdən imtina etmişdi, bildirmişdi ki, Yasamal r-n məhkəməsindən ona zəng vurub deyiblər ki, əbəs yerə Camal Bağırzadənin ərizəsini tələb edir. Həmin axşam Abdulla Əfəndizadəyə məlum olmuşdur ki, demə Yasamal r-n məhkəmənin hakimi olmuş Rauf Daşdəmirovun tərəfindən Alıyev Cavidə məlumat çatdırılmışdır ki, vəkil Nicat Vəliyev belə bir sorğu göndərib, onlar da yalnız qərarı göndərmiş olmuşdular. Abdulla Əfəndizadə daha sonra bildirir ki, sabahısı günü Camal Bağırzadə bir neçə şəxslərə, o cümlədən A.Əfəndizadə ilə düşmən münasibətdə olan vicdansız şəxsə hövlnak şəkildə həyəcanla bildirmiş olub ki, Abdulla Əfəndizadə vəkil vasitəsiylə onun (yəni Camal Bağırzadənin) barəsində məhkəməyə, prokurorluğa Sorğularını göndərmişdir. Abdulla Əfəndizadə qeyd edir ki, sözsüz ki, bu məlumatı Camal Bağırzadəyə Alıyev Cavidin tərəfindən çatdırılmışdı. Çünki Yasamal r-n məhkəmənin hakimi olmuş Rauf Daşdəmirovun Camal Bağırzadəyə münasibəti çox pisdir. Camal Bağırzadənin gələcəkdə onun da (yəni hakimi olmuş Rauf Daşdəmirovun da) məlumatından istifadə edəcəyindən, yayacağından və şikayətlənəcəyindən ehtiyatlandığından ona (yəni Camal Bağırzadəyə) heç cür məlumat verə bilməzdi. Yəni Alıyev Cavid Bağırzadə Camalın qarşısında “hesabat vermiş” olmuşdu ki, məhkəmənin qərarı Abdulla Əfəndizadəyə onun (yəni Alıyev Cavidin) tərəfindən yox, məhkəmənin tərəfindən təqdim edilib.
Yeri gəlmişkən Abdulla Əfəndizadə bildirir ki, Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirovun) 1(004)-41/2024-cü saylı 22 may 2024-cü il tarixində çıxarılmış qərarından faktiki məlum olur ki, Camal Bağırzadə Alıyev Caviddən birbaşa üzr istəməsə də faktiki onun (yəni Alıyev Cavidin) qarşısından acizanə şəkildə çəkilməklə bir növ üzr istəyir. Baxmayaraq ki, Alıyev Cavidin özü də əvvəllər Bağırzadə Camaldan rəsmi şəkildə üzr istəməsini tələb etmişdi, sonda ona görə tələb etməmişdi ki, yuxarıda qeyd edildiyi kimi Bağırzadə Camalda Aytən Mahmudovanın Alıyev Cavidi ifşa edən 25 (iyirmi beş) dəqiqədən artıq səs yazıları mövcuddurlar, o (yəni Alıyev Cavid) həmin səs yazılarının yuxarı prokurorluğa Camal Bağırzadədən təqdim edilməməsini xahiş etmişdi. Həqiqətən də şübhəlidir, əgər Camal Bağırzadə “vəklin.səsi” Facebook səhifəsini işlətməmişdisə, necə olur “vəklin.səsi” Facebook səhifəsi məhkəmənin adına ünvanlamış olduğu, lakin Camal Bağırzadəyə şübhəli yollarla məktub göndərir ki, o (yəni Camal Bağırzadə) təqsirkar deyil, onlar (yəni yeni “peyda olmuş” “vəklin.səsi” Facebook səhifəsi) guya “təqsirkar” idilər (?!?……). Çünki Camal Bağırzadə 2024 ilin may ayının lap başlanğıcında Abdulla Əfəndizadəyə bildirəndə ki, özü (yəni, Camal Bağırzadə) “vəklin.səsi” Facebook səhifəsi adından təkzib yazacaq, məhkəməyə göndərəcək ki, guya onlar özbaşına yazıblar, onun (yəni, Camal Bağırzadənin) isə Alıyev Cavidin barəsində getmiş yazılardan guya xəbəri yox idi, Abdulla Əfəndizadə Camal Bağırzadədən artıq dərəcədə xahiş etmişdir ki, belə etməsin, çünki başa düşəcəklər ki, bu onun (yəni, Camal Bağırzadənin) özünün işidir. Hətta Abdulla Əfəndizadə həm Camal Bağırzadəyə and verdi, həm də ağır sözlərlə söyüş qoysa da ki, belə etməsin, Camal Bağırzadə də Abdulla Əfəndizadənin həmin sözlərindən sonra kişi kimi vəd versə də ki, yalançı “vəklin.səsi” Facebook səhifəsi adından istifadə etməyəcək, bununla belə vədinə xilaf çıxmış olaraq bu hərəkətlərinə rəvac vermiş, sonradan Abdulla Əfəndizadədən üzrxahlıq istəmişdir. Baxın, həm bu, həm də Camal Bağırzadənin bilə-bilə Abdulla Əfəndizadəni qəsdən darda qoymuş olması səbəblərindən də Abdulla Əfəndizadə məcburiyyət qarşısında qalıb həqiqəti söyləyir.
Abdulla Əfəndizadə çox təəssüflə bildirir ki, Sabunçu r-n məhkəmənin (hakimi olmuş İmanova Nigar) tərəfindən ona qarşı əsassız hökmün çıxarılmış olmasında həmin məhkəmənin sədiri olmuş Qasımov Vidadinin, Məhkəmə Hüquq Şurasının üzvləri olmuş: Bağırov Anarın, Bakı apelyasiya məhkəmənin sədiri olmuş Əkbərov Mübarizin “xidmətləri” olmuşdu.
Bir halı da oxucuların diqqətinə çatdırmaq istərdik. Abdulla Əfəndizadə 2024 ilin aprel ayında İşgəncələrə Qarşı Mübarizə İctimai Birliyində çıxış edərkən həmin birliyin əməkdaşı Əbdülnasir Əliyev ona (yəni, Abdulla Əfəndizadəyə) sual verir ki, Alıyev Cavid vaxtilə etik davranış qaydalarını kobud surətdə pozduğu üçün prokurorluq orqanlarından xaric edilmişdir, belə adamı necə vəkilliyə qəbul edə bilərdilər, həmçinin belə adamın vəkillik qurumunun intizam komissiyasının rəhbərliyinə necə “seçə bilmiş ola bilərdilər”, vəkillərin taleyini ona necə etibar edə bilərdilər?!?…… Biz də o sualı vermək istəyirik!?!… İndi söz vicdanlı vəkillərin, oxucuların, dinləyicilərin, ən əsası da məhkəmənindir. Görək necə reaksiya olacaq, məhkəmə tərəfindən də hansı Qərar çıxarılacaq? İnanmaq istərdik ki, Abdulla Əfəndizadə haqda BƏRAƏT HÖKMÜ çıxarılacaqdır.
Elə bu səbəblərdən biz media qurumu olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, onun xanımı – Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının həm Ali Məhkəməsinin, həm də Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova məktublarımızı və bu məqaləni göndərməklə Abdulla Əfəndizadə tərəfdən Apellyasiya Şikayətində, Apellyasiya Şikayətinin Əlavəsi üzrə qeyd edilənlərlə əlaqədar nəzarətə götürülməsi, təqsirkar şəxslərin- o cümlədən hakimlərin barələrində ciddi tədbirlərin görülməsini xahiş edəcəyik.
QARŞI TƏRƏFLƏRİN də SÖZ HAQQI TANINIR
İfadetv.com