Ukraynaya ikinci ölkədən hücum olacaq? – Ekspert

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Böyük Britaniyanın konsepsiyasına uyğun olaraq “ölkəmin əbədi dostu yoxdur, əbədi maraqları var” strategiyasından çıxış edir. Lukaşenko Kremlin müttəfiqi sayılsa da, daxilən Rusiyanın Ukraynaya qarşı işğaçlı müharibəsinin əleyhinədir. Çünki belaruslar və Belarus generalları “Kreml istəyir” deyə qardaş Ukrayna ilə savaşmaq istəmirlər.

Bu sözləri piolitoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Lukaşenko məhz bu əhval-ruhiyyənin daşıyıcısıdır:
Ətraflı

“Təsadüfu deyil ki, Aleksandr Lukaşenko iyul ayında qərar verərək, qoşunları Ukrayna ilə sərhəddən geri çəkdi. Lukaşenko bunu Ukraynadan təhlükənin olmamasıyla izah etdi. Əslində belə bir təhlükə heç vaxt olmayıb, sadəcə, Lukaşenko qoşunları sərhəddə yerləşdirməklə Kremlin əmrini yerinə yetirirdi.

Lukaşenkonun qoşunları geri çəkmək əmri Ukraynaya imkan verdi ki, sərhəddəki qoşun birliklərini Rusiya ilə döyüş meydanına yönəltsin. Lukaşenkonun məlum qərarı Kremlin narazılığına səbəb oldu. Ukraynanın Rusiya ərazisinə qəfil hücumu Kremlin Lukaşenkoya təzyiqinin artmasına səbəb oldu. Kreml Lukaşenkodan tələb etdi ki, qoşunlarını yenidən Ukrayna ilə sərhəddə toplasın ki, bu, Kiyev üçün əlavə gərginlik mənbəyinə çevrilsin. Lukaşenko yeni əmrə tabe oldu. Bütün hallarda Lukaşenko Rusiyaya görə Ukrayna ilə savaşmaq fikrində deyil. Ancaq başqa hadisə baş verə bilər. Rusiya ordusu Belarus üzərindən Ukraynaya qarşı ikinci cəbhə aça bilər. Əgər Lukaşenko Kremlin bu əmrinə tabe olsa, Ukrayna Rusiya ilə yanaşı Belarusla da savaşmalı olacaq, ukraynalılarla belaruslar bir-birini öldürəcəklər.

Lukaşenkonun soyuqqanlığını qoruyacağına ümid var. Çünki o anlayır ki, Putin slavyan xalqları üz-üzə qoyub və gələcək nəsillər bunu ona nə bağışlayacaq, nə də unudacaqlar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password