Kobaxidze: ABŞ-nin Gürcüstana qarşı yeni sanksiyalarla bağlı bəyanatı şantajdır

 

ABŞ hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaların mümkün tətbiqi ilə bağlı bəyanatları şantajdır.

Bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Gürcüstana qarşı yeni sanksiyalar tətbiq olunmasının mümkünlüyü haqda fikirlərinə cavab verən ölkənin baş naziri İrakli Kobaxidze deyib.

“ABŞ “qlobal müharibə partiyası”nın təsirini aradan qaldırmaq üçün öncə öz daxilində deoliqarxizasiya həyata keçirməlidir. Gürcüstanı sanksiyalarla hədələməyə ehtiyac yoxdur, ABŞ-nin bu tonu əks nəticə verir”, – Kobaxidze bildirib.

Gürcüstanın baş naziri ölkəsinin ABŞ ilə münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulayıb:

“Biz ABŞ ilə münasibətləri bərpa etməyə tam hazırıq. Bu münasibətlərdə şantaj və təhdidlər əvəzinə, sağlam dialoq aparmalıyıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password